261
Ölkə 16 may — 00:58

Ramazanın 11-ci gününün duası

Mayın 16-sı Ramazan ayının 11-ci günüdür.

Virtualaz.org xatırladır ki, Qafqaz Müsəlmanları İdarəsinin açıqladığı Ramazan təqviminə əsasən, bu gün Bakıda imsak saat 03:42, iftar isə saat 20:06-dadır.

Ramazan ayının 11-ci gününün duası: "Allahummə həbbib ileyyə fihil-ihsan. Və kərrih ileyyə fihil-fusuqə vəl-isyan. Və hərrim əleyyə fihis-səxətə vən-niyran. Bi-ovnikə ya ğiyasəl-müstəğisin".

Tərcüməsi: "İlahi, bu ayda məni Öz köməyin sayəsində yaxşılıq etməyi sevdir, məndə bu ayda pisliyə və asiliyə ikrah doğur, qəzəbini və Cəhənnəm odunu məndən uzaq et, ey xilas olmaq istəyənlərin Xilaskarı!"

Allah orucunuzu qəbul etsin!

Xəbərlər