317
Ölkə 15 may — 16:15

Aeroport yolunda sərnişin avtobusu kranla toqquşdu

Bakıda sərnişin avtobusu qəzaya uğrayıb.

"Report"un məlumatına görə, hadisə aeroport yolunda, Milli Aviasiya Akademiyasının yaxınlığında qeydə alınıb.

Belə ki, 171 nömrəli marşrut xətti üzrə hərəkətdə olan sərnişin avtobusu kranla toqquşub.

Hadisə nəticəsində iki sərnişin yüngül xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır.

Xəbərlər