248
Ölkə 26 Aprel 2019, 15:59

Salyanda kanalizasiya borularını oğurlayan şəxs tutuldu

Salyanda kanalizasiya borularını oğurlayan şəxs tutulub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Salyan Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində aprelin 19-da rayon ərazisindəki kanalizasiya borularından birinin 30 metrlik hissəsini kəsərək oğurlamaqda şübhəli bilinən Kürqaraqaşlı kənd sakini E.Nuriyev saxlanılıb.

Xəbərlər