425
Ölkə 15 aprel — 21:06

Qubada fermerə məxsus bağda 200-dən çox meyvə ağacı kəsilib

Qubanın Zərdabi qəsəbəsində naməlum şəxslər Etibar Mehbalıyevə məxsus bağda 200-dən çox meyvə ağacını kəsərək tələf ediblər.

“Qafqazinfo"nun məlumatına görə, hadisə aprelin 11-dən 12-nə keçən gecə baş verib. Axşam bağda işləyib evə gedən təsərrüfatçı səhər gələn qayıdanda ağaclarının kökündən kəsilərək məhv edildiyinin şahidi olub. Bağ sahibi kəsilən 211 ədəd şaftalı ağacının əksəriyyətinin 3-4 illik olduğunu bildirib.

Faktla bağlı Quba Rayon Polis Şöbəsinə müraciət olunub.

Xəbərlər