1108
Ölkə 12 yanvar — 11:55

Prezident strateji obyektlərə rəhbərlik edənlərin tənbeh olunması haqda

Prezident İlham Əliyev Nazirlər Kabinetinin dünən keçirilmiş və 2018-ci ilin yekunlarına həsr edilmiş müşavirəsindəki çıxışı zamanı ölkənin elektrik enerjisi infrastrukturunda aparılan yenidənqurma və strateji obyektlərdə fasiləsiz elektriklə təchizat məsələsinə də toxunub. Virtualaz.org xəbər verir ki, İlham Əliyev ötən il ölkədə işıqların sönməsi zamanı yaranan vəziyyəti xatırladıb.

“Keçənilki qəzadan sonra aydın oldu ki, bizim strateji obyektlərimiz bu fövqəladə vəziyyətə hazır deyil və bu, böyük təəssüf hissi yaradır. Əlbəttə ki, bu strateji obyektlərə rəhbərlik edən şəxslər də tənbeh olundu. İndi isə görülən və görüləcək işlər nəticəsində bütün strateji obyektlərdə müasir generator sistemi quraşdırılacaq, bu məqsədlər üçün vəsait ayrıldı. İlk növbədə, metro stansiyalarında generatorlar quraşdırılacaq. Artıq kontraktlar da imzalandı və bu il biz bunu tam şəkildə təmin edəcəyik”, - prezidenti deyib.

İlham Əliyevin sözlərinə görə  bu,  imkan verəcək ki, əgər hər hansı bir qəza olarsa, metro tunelində heç bir qatar qalmasın. Yəni, bu generatorlar imkan verəcək ki, qatarlar stansiyaya qədər gəlsin və vətəndaşlar stansiyaya həm rahat düşə bilsinlər, həm də eskalatorlarla qalxa bilsinlər: «Metroda quraşdırılan generatorların əsas funksiyası bundan ibarətdir. Bizim bütün strateji səhiyyə obyektlərində də təftiş aparıldı və bütün obyektlərdə bu sahədə tam təminat təşkil ediləcəkdir”.

Xəbərlər