402
Ölkə 7 dekabr — 17:56

Səhiyyə naziri beş rayonun sakinlərini qəbul edib

Dekabrın 7-də səhiyyə naziri Oqtay Şirəliyev Neftçala Rayon Mərkəzi Xəstəxanasında Şirvan, Salyan, Hacıqabul, Biləsuvar və Neftçala rayon sakinlərini qəbul edib.

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən virtualaz.org-a bildiriblər ki, qəbulda sakinlərin sağlamlıq problemləri, işlə təminat və digər məsələlərlə bağlı müraciətləri dinlənilib.

Vətəndaşların müraciətində qaldırılan məsələlər nazirliyin müvafiq qurumlarının əməkdaşlarının iştirakı ilə araşdırılıb, onların bəziləri yerində həllini tapıb.

Nazirliyin səlahiyyətlərinə aid olmayan məsələlər aidiyyəti üzrə çatdırılması üçün qeydiyyata alınaraq nəzarətə götürülüb.

Virtualaz.org

Xəbərlər