379
Ölkə 7 dekabr — 12:32

Masazır və Məhəmmədi sakinləri nəhayət normal işıq üzü gördülər

Abşeron rayonu Masazır və Məhəmmədi qəsəbələrində, eləcə də Xırdalan şəhərinin bəzi hissələrində əvvəllər yaranmış qısa fasilələr tam aradan götürülüb. İstehlakçılar dayanıqlı və keyfiyyətli elektrik enejisi ilə tam təmin olunublar. Bu barədə virtualaz.org-a  “Azərişıq” ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev bildirib.

 T.Mustafayev deyib ki, Masazır və Məhəmmədi qəsəbələrinin əhali istehlakçı qruplarının elektrik enerjisi təchizatının dayanıqlı və keyfiyyətli olması ilə əlaqədar yeni inşa olunmuş 35/10 kV-luq “Məhəmmədi” və “Masazır” yarımstansiyalarından həmin  qəsəbələrə yeni əlaqələndirici xətlər çəkilib.

“Əhali istehlakçı qrupları qeyri-əhali istehlakçı qruplarından ayrılaraq  24 saatlıq dayanıqlı fasiləsiz elektrik enerjisi təchizatı ilə təmin olundular”-“Azərişıq” ASC-nin mətbuat xidmətinin rəhbəri deyib.

Həmin ərazilərdə hava şəraiti imkan verdikcə son aylarda əlaqələndirici xəttlər yenilənərək 400-ə yaxın dayaqlar dəmir beton dayaqlarla əvəzlənib. Hava elektrik verilişi xəttləri yeraltı kabel xəttlərlə və xüsusən, özünü daşıyan izolyasiya kabel xəttləri ilə dəyişdirilib.  Nəticədə Məhəmmədi qəsəbəsinin 2 mindən çox, Masazır qəsəbəsinin isə 4 mindən çox istehlakçıları dayanıqlı və keyfiyyərli elektrik enerjisi ilə təmin olunublar.

“Yeni Saray, Mehdiabad və Ceyranbatan qəsəbələrində də yeni inşa olunmuş 35 kV-luq yarımstansiyalardan əlaqələndirici xəttlər yenilənir və nəticədə əvvəllər yaranmış qısa fasilələr tam aradan götürüləcək, istehlakçılar dayanıqlı və keyfiyyətli elektrik enejisi ilə tam təmin olunacaqlar”-Tanrıverdi Mustafayev bildirib.

Virtualaz.org

Xəbərlər