1312
Ölkə 6 dekabr — 11:09

Dünən axşam Bakıda böyük tıxaca səbəb olmuş qəzanın görüntüləri yayıldı

Ötən gün Bakıda iki avtomobilin toqquşması nəticəsində baş verən qəzanın görüntüləri yayılıb. Hadisə Yusif Səfərov küçəsində, Heydər Əliyev prospekti istiqamətində baş verib.

"Mercedes" markalı iki avtomobilin toqquşması nəticəsində maşınlardan biri idarəetməni itirib və yol kənarındakı maneəyə dəyərək aşıb.

Qəzada ciddi xəsarət alan olmasa da, hər iki avtomobilə ziyan dəyib.

Xatırladaq ki, hadisə səbəbində sözügedən küçədə böyük tıxac yaranmışdı. (Trend)

*   *   *12/05/2018/ 22:50

Bakının Heydər Əliyev prospekti istiqamətində nəqliyyat vasitələrinin hərəktində sıxlıq müşahidə edilir.

Virtualaz.org bildirir ki, Bakı Nəqliyyat Agentliyinin yaydığı məlumatda belə deyilir.

Sıxlığa Yusif Səfərov küçəsində baş vermiş yol qəzası səbəb olub: "Yusif Səfərov küçəsində baş vermiş yol nəqliyyat hadisəsi səbəbindən hazırda Heydər Əliyev prospekti istiqamətində nəqliyyat vasitələrinin hərəktində sıxlıq müşahidə edilir".

Xəbərlər