872
Ölkə 11 oktyabr — 00:32

Şəmkir sakini oğurladığı qızılı banka girov qoydu və...

Şəmkir rayonunda oğurluq edən şəxs saxlanılıb.

Virtualaz.org DİN-in Mətbuat xidmətinə istinadən bildirir ki, rayonun Qədimqala kənd sakininin mənzilindən qızıl oğurlanıb.

Ev sahibinə məxsus 2 min manat dəyərində qızıl zinət əşyalarını oğurlamaqda şübhəli bilinən zərərçəkənin qonşusu - 22 yaşlı Salman Qurbanzadə saxlanılıb.

O, ilkin dindirmə zamanı oğurladığı qızılları Şəmkir şəhərində banklardan birinə girov qoyaraq pul götürdüyünü və həmin pulu xərclədiyini bildirib.

Faktla bağlı Şəmkir Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb.

İstintaq tədbirləri davam etdirilir.

Xəbərlər