634
Ölkə 11 avqust — 09:58

Bakıda sərxoş sürücü maşını mağazaya çırpdı

Binəqədi rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

"Report" xəbər verir ki, Biləcəri qəsəbəsində qeydə alınan hadisədə 2 nəfər xəsarət alıb.

39 yaşlı Ağayev Anar Elşad oğlu idarə etdiyi "Opel" markalı avtomobillə yüksək sürətlə hərəkətdə olan zaman ötmə əməliyyatı edib. Bu zaman qarşıdan gələn "Daewoo" markalı avtomobilə dəyib. Daha sonra idarəetmədən çıxan "Opel" yaxınlıqdakı mağazaya çırpılıb.

Nəticədə "Opel"də olan sürücü A.Ağayev və sərnişin Ələsgər Babayev ağır bədən xəsarətləri alaraq 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Qəzanı törətməkdə şübhəli bilinən "Opel"in sürücüsü A.Ağayev sərxoşluğun müayinəsi məntəqəsinə aparılıb.

Bu zaman o, Binəqədi Rayon Polis İdarəsinin əməkdaşlarına tabe olmaqdan boyun qaçırıb.

O, polis əməkdaşlarının köməkliyi ilə Binəqədi RİP-ə aparılıb.

Faktla əlaqədar araşdırmalara başlanılıb.

Xəbərlər