399
Ölkə 14 iyun — 21:02

Bakıda məcburi köçkünlər üçün əmək yarmarkası keçiriləcək

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə birlikdə məcburi köçkünlər üçün əmək yarmarkası keçirəcək.

Trend bildirir ki, yarmarka 22 iyunda Qaradağ rayonunun Müşfiqabad qəsəbəsində məcburi köçkünlər üçün salınmış yaşayış kompleksindəki məktəbin binasında təşkil ediləcək.

Yarmarkanın keçirilməsində məqsəd məcburi köçkünlərin işlə təmin edilməsinə köməklik göstərməkdir.

Xəbərlər