464
Ölkə 14 iyun — 10:42

İmişlidəki “karyer”də qəza: ölən var

Ötən gün İmişli rayonunun Şahverdili kəndi ərazisindəki qum-çınqıl karxanasında ölümlə nəticələnən qəza baş verib.

Virtualaz.org-un Şirvan bürosunun məlumatına görə, Araz çayı üzərində yerləşən karxanada avtoqreyder iş prosesi zamanı torpaq kütləsinin qəfildən uçması nəticəsində suya aşıb. Hadisə nəticəsində həmin vaxt avtoqreyderi idarə edən rayonun Bəhrəmtəpə qəsəbə sakini, 28 yaşlı Fariz Valeh oğlu Məmmədov kabinədən çıxa bilmədiyindən boğularaq ölüb. İstehsalat qəzası nəticəsində həyatını itirən F.Məmmədov avtoqreyderin sürücüsü Valeh Məmmədovun oğlu olub və sükan arxasında atasını əvəz edirmiş.

Emil Məmmədov

Virtualaz.org

Xəbərlər