491
Ölkə 14 iyun — 01:02

Biləsuvarda taxıl sahəsi yandı

Bakı şəhəri və Biləsuvar rayonunda yanğın hadisələri baş verib.

Fövqəladə Hallar Nazirliyindın verilən məlumata görə, Bakının Xəzər rayonunda ümumi sahəsi 120 m² olan birmərtəbəli evin (tikilməkdə olan) dam örtüyünün taxta atmaları yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Alov yanğın bölmələri tərəfindən söndürülüb.

Biləsuvar rayonunda isə 1 ha biçilmiş və 0,5 ha sahədə biçilməmiş taxıl sahəsi yanıb. Yaxınlıqdakı taxıl sahələri yanğından mühafizə olunub. Alov yanğın bölmələri tərəfindən söndürülüb.

Xəbərlər