2306
Dünən 3 Oktyabr 2021, 11:56

ABŞ ordusunun veteranları Azərbaycanla sərhəddə erməni kəndlilərə təlim keçir

ABŞ-ın Hərbi Hava Qüvvələrinin və Xüsusi Təyinatlı Qüvvələrinin keçmiş əsgərləri Ermənistanın Azərbaycan və Türkiyə ilə sərhədin bir neçə kilometrliyində yerləşən Armaş kəndində mülki sakinlərə, hətta uşaqlara hərbi təlim keçir. Virtualaz.org xəbər verir ki, bu haqda “Washington Examiner” nəşri yazır.

Müəllif Neil Hauer həmin təlim düşərgəsindən reportaj hazırlayıb, onun reportajı sentyabrın 30-da dərc olunub. Bildirilir ki, ABŞ ordusunun erməni əsilli veteranlarından Aram təlim keçdiyi könüllülər dəstəsinə qarşıdakı təpəyə hücum əmri verir. Potensial yaraqlıların iki qrupu-onlardan birində əsasən yeniyetmələrdir, digərində isə 20 yaşlarında gənclərdir,-kolluqlardan çıxaraq əllərində avtomat kolonlar halında şərti düşmən səngərlərinə doğru irəliləyirlər.

Bu kənd Naxçıvanın və Türkiyənin İğdır bölgəsinin bir neçə kilometrliyindədir.

Müəllif xatırladır ki, ABŞ hələ 90-cı illərdən bəzi münaqişə bölgələrində, o cümlədən İraqda özəl ordulardan istifadə edib. O cümlədən başqa ölkələr də muzdlulardan istifadə edirlər, eləcə də 90-cı illərdə birinci Qarabağ müharibəsində muzdlulardan geniş istifadə edilib.

Virtualaz.org

Xəbərlər