1202
Dünən 13 İyun 2021, 16:00

İki erməni kəndlisi "yolunu azıb" və Laçın ərazisinə keçib

Ermənistanın Sünik bölgəsinin Tex kəndinin iki sakini əkinçilik işləri apararkən azaraq, Azərbaycan ərazisinə keçib. Hadisə iyunun 12-də baş verib. 

Məlumata görə, 12 iyun tarixində əkinçilik işləri aparan Sünik bölgəsinin Tex icmasının iki sakini traktorlarda hərəkətdə olarkən istiqaməti düzgün seçmədiklərindən Azərbaycan ərazisində peyda olublar.

“Ermənistan və Azərbaycan hərbçilərinin, eləcə də Rusiya sülhməramlıların iştirakı ilə aparılan danışıqlardan sonra kəndlilər, həmçinin traktorlar geri qaytarılıb”,- xəbərdə qeyd olunur.

Virtualaz.org

Xəbərlər