1116
Dünən 25 aprel — 10:43

“ROKETSAN” Azərbaycana uzaqmənzilli raketlər və daha nələr verdi...

“Türkiye” qəzeti Azərbaycanla Türkiyə arasında dərin hərbi-texniki əməkdaşlıq haqda yazır.

Мirtualaz.org xəbər verir ki, qəzet iki ölkə silahlı qüvvələrin ehtiyac duyduğu silah, təchizat, istehsal və tədarük sahəsində daha fəal çalışacaq. Müdafiə sənayesi strukturları arasında istehsal və tədarük sahəsində koordinasiya qurulacaq. Əməkdaşlıq çərçivəsində silah və hərbi cihazların birgə istehsalı və inkişafı, məlumat mübadiləsi və texnologiyaların transferi də nəzərdə tutulur. Bütün bunlar bir neçə həftə əvvəl Azərbaycanla Türkiyə arasında hərbi-texniki əməkdaşlığın dərinləşdirilməsinə dair iki ölkə hökumətləri arasında təsdiqlənmiş çərçivə sənədində yer alır.

Qəzet daha sonra bildirir: “Bu günə qədər Türkiyənin müdafiə sənayesi şirkətləri qardaş Azərbaycan ordusuna bir çox sahədə dəstək verdi. Azərbaycan ordusunun rabitə və peyk naviqasiya sistemləri yeniləndi. ASELSAN tərəfindən istehsal edilən lazer nişangah sistemi Azərbaycanın istehsal etdiyi milli sursatları ağıllı hala gətirdi. ROKETSAN Azərbaycan ordusuna yerli istehsal olan reaktiv artilleriya mərmiləri ilə uzaqmənzili raket sistemləri verdi. Azərbaycanın inventarında ROKETSAN tərəfindən istehsal edilən uzaqmənzilli raket sistemləri və “TRG-300 Kaplan” reaktiv yaylım atəşi sistemləri verdi. Azərbaycanın habelə Türkiyə istehsalı olan pilotsuz təyyarələrlə yanaşı “Altay” tankına və “Atak” vertolyotlarına da marağı var...”

Xatırladaq ki, bu günlərdə Azəbaycan Türkiyədən SOM qanadlı raketləri də alıb və silahlanmaya daxil edib.

Virtualaz.org

 

Xəbərlər