208
Dünən 22 fevral — 20:36

Azərbaycanın aldığı peyvənd Britaniya və Cənubi Afrika ştamlarından da qoruyur

Azərbaycan tərəfindən satın alınan və COVID-19-dan qorunmaq üçün istifadə olunan Çinin “CoronaVac” peyvəndi Britaniya və Cənubi Afrika ştammlarna qarşı da effektlidr.

Virtualaz.org bildirir ki, bu barədə “Reuters” Braziliyanın Sao Paulo Butantan Biotibbi Mərkəzinin rəhbəri Dimas Kovasa istinadən məlumat yayıb.

Çində keçirilən sınaqların nəticələrinə əsaslanan Kovas Çin vaksininin daxili testlərinə rəhbərlik edir və onları Braziliya Səhiyyə Nazirliyinə verir.

"Biz Çində bu vaksini koronavirusun Britaniya və Cənubi Afrika variantlarına qarşı test etdik və testlər yaxşı nəticələr verdi", - deyə o bildirib.

Kovas, “CoronaVac”ın bu ştammlara qarşı qarşı nə qədər təsirli olduğu barədə əlavə məlumat verməyib.

Braziliyanın San-Paulo əyalətində artıq kütləvi peyvəndləmə başlayıb. Ümumilikdə, Braziliya 100 milyon doza alıb.

Xatırladaq ki, Azərbaycanda “SinoVac”dan istifadə etməklə peyvəndləmə yanvarın 18-də başlayıb. İlk növbədə tibb işçiləri peyvənd edilib, fevralın 8-dən isə 65 yaşdan yuxarı vətəndaşların peyvənd edilməsinə başlanılıb.

Çin vaksini, həmçinin Türkiyə,  İndoneziya, Çili, Meksika, Filippin və s. ölkələrdə də bəyənilib.

Virtualaz.org

Xəbərlər