584
Dünən 20 fevral — 13:55

Azərbaycanlıların sirli qruplaşması Kazanda "hakimiyyəti qurur"

Tatarıstanda Azərbaycandan olan etniklərdən ibarət müəmmalı kriminal qruplaşma yaranıb və o, Kazanda nüfuz dairəsi uğrunda mübarizəyə qoşulub.

Virtualaz.org Rusiya KİV-inə istinadən bildirir ki, Tatarıstanın daxili işlər naziri Artyom Xoxorin Kazanda "Sultanat" restoranı yaxınlığında baş vermiş və böyük hay-küyə səbəb olmuş dava ilə bağlı yeni bəyanatla çıxış edib. Söhbət fevralın 9-da axşam restoranın ətrafında 10-dan çox adamın qatıldığı davadan gedir.

A.Xoxorinin sözlərinə görə, orada Azərbaycandan olan etniklərin də daxil olduğu hansısa mütəşəkkil cinayətkar qrup, necə deyərlər, özünü göstərib. Nazir bəyan edib ki, toqquşmanın iki iştirakçısı saxlanılıb. Onlardan biri 27 yaşlı Murad Amanovdur. Ona qarşı "xuliqanlıq" maddəsi üzrə cinayət işi açılıb və o, nəzarətə götürülüb.

"Biznes onlayn" nəşrinin mənbələri xəbər verir ki, M.Amanov Kazandakı "Vosmovskiye" qruplaşmasının liderlərindən birini - Əhməd adı ilə tanınan şəxsi bıçaqlayıb. Lakin münaqişənin hansı zəmində yarandığı aydın deyil. Hərçənd tərəflər arasında münasibətlərin artıq tənzimləndiyi deyilir.

Tatarıstanın güc strukturlarındakı mənbələr isə bildirirlər ki, Azərbaycan mütəşəkkil cinayətkar qrupları hazırda ölkədəki ən böyük etnik birlik hesab olunur - müxtəlif hesablamalara görə, hazırda Rusiyada 30-dan çox belə qrup var. Onların əksəriyyəti Moskvada və milyondan artıq əhalisi olan şəhərlərdədir. Kazan üçün etnik mütəşəkkil cinayətkar qrup - mütləq nonsensdir.

Yeni mütəşəkkil cinayətkar qrup konkret kimlərdən ibarətdir, nəyə qadirdir - hələ məlum deyil. Onun etnik olması isə təəccüb doğurmur, çünki Azərbaycandan olan immiqrantların Tatarıstandakı diasporu ən böyük diasporadır. "Vosmovskiye" isə Kazanda uzaq 1980-ci illərdə peyda olub. Son vaxtlar sorağı daha tez-tez gəlir.

Virtualaz.org

Xəbərlər