1065
Dünən 18 fevral — 11:38

Sərkisyan Azərbaycan qarşısında kapitulyasiyanın sirlərini açdı

Elnur Eminoğlu

Ermənistanın üçüncü prezidenti Serj Sərkisyan “Armnews” telekanalına müsahibə verib və həmin müsahibə dərhal bütün regionda səs-küylü siyasi qalmaqala səbəb olan informasiya bombası effekti yaradıb. Suallara ətraflı cavab verən iri siyasi xadim sağ olsun-Yerevan və yerli siyasi elita indi uzun-uzadı özlərinə haqq qazandırmalı olmayacaqlar.

Günah da olsa bütün siyasətçilər hərdən yalan danışırlar. Lakin biz indi örəndik ki, erməni istebleşmentinin nümayəndələri, xüsusən Serj Sərkisyan həmişə yalan danışır. Habelə biz öyrəndik ki, telekameraların nişangahı altında, birbaşa efirdə onlar siyasi opponentlərini ifşa edərkən, xırda haqq-hesablarını çürüdərkən cərəyan vurmuş kar vəziyyətinə düşürlər və özlərinin, öz elitalarının ən biabırçı sirlərini boşboğazlıq edib üzə çıxarırlar.

90 dəqiqə boyu yalan

Saat yarımlıq müsahibədə, 90 dəqiqə əzində Sırkisyan suallara cavabında faktiki olaraq 34 dəfə yalan danışıb. Yəni hər üç dəqiqədə bir yalan-sıxlıq hədsizdir və Ginnesin rekordlar kitabına düşməyə layiqdir, yaxud Nobel mükafatını qazana bilər. Hansı ki, ifrat-patriot Sərkisyan dürüst erməni kişisi kimi sadəcə olaraq öz sözləri ilə desək, Yerevandakı döyüş yoldaşlarının tərəfini tutmalıydı-Qarabağ rotasının keçmiş komandiri onların ünvanına xeyli tərif yağdırıb, keçmiş döyüş yoldaşlarına haqq qazandırıb. Lakin ordu və hərbi məsələlər haqda az sonra, əvvəlcə gəlin sadəcə olaraq Sərkisyanın fontan kimi püskürdüyü bəzi ibarələrə nəzər salaq. Və Ermənistanın üzləşdiyi fəlakətin əsas xarici səbəbindən-Moskvanın öz oğru və cılız tərəfdaşı Yerevana hərtərəfli dəstək verməkdən imtina etməsindən başlayaq.

Erməni siyasi ənənələrinə tam uyğun olaraq Sərkisyan burada bütün günahı Nikol Paşinyanın üzərinə qoyur, heç demə bütün bəlaların günahkarı o imiş, məhz Paşinyan Moskva ilə münasibətləri korladı, ona qədər Rusiya-Ermənistan münasibətlərində hər şey rəvan idi və yolunda gedirdi. Sayıqlayır. Başına at təpmiş dayça kimi sayıqlayır. Və dərhal da özünü karlığa vurur.

Haqqin.az saytının Birinci taxt-taca yaxın (Kreml) mənbələri deyirlər ki, hələ 2017-ci ildə Sərkisyan öz kürəkəni, Vatikandakı səfir Mikael Minasyanın vasitəsilə Moskvanın çiyinləri arxasından Avropa İttifaqı ilə separat danışıqlar aparırdı, Kremli bu danışıqların nə məzmunu, nə də ümumiyyətlə onun aparılması faktı barədə məlumatlandırmamışdı. Bu haqda saytımız hələ 2017-ci ilin payızında ətraflı yazıb.

Yarım il sonra isə “etibarlı müttəfiq” Sərkisyan Rusiyaya gözlənilməz sürpriz elədi-Qərblə ikitərəfli və uzaqgedən hədəflərə hesablanmış tərəfdaşlığı açıqladı. Sərkisyan bu gün kimi müttəfiq hesab edir-Rusiyanı, yoxsa Qərbi?

Sərkisyanın çiyinləri arxasında dayanan kürəkəni Minasyandır. 2017-ci ilin payızında Sərkisyan Moskvanın çiyinləri arxasından Qərblə separat danışıqlara başlamışdı...

Budur, gəlin düşünək: Ermənistan Rusiyanın saxladığı oyuncaq dövlətdir, Moskva onun varlığının və hansısa ötəri dövlət formasında mövcudluğunun yeganə qarantıdır. Hansı ki, kapitulyantın (Sərkisyan taleyin iradəsi ilə onun varisinə çevrilmiş Paşinyanı belə adlandırır!) inamına görə, “İsgəndər”in tətiyini basmağa icazə verməyib. Lakin 2016-cı il aprel müharibəsindən illər sonra.

 Və budur, Sərkisyanın qismində dayanıqsız və kövrək hakimiyyət öz hamisinin çiyinləri arxasında separat sövdələşmələrə gedir. Bəs bunu sanksiyalaşdıran ölkə liderinə nə deyirlər? Doğrudur. Qısa və konkret.  Aşağı sosial məsuliyyətli siyasətçilər haqda hasarlara yazdıqları kimi.

Antirusiya kursunun əsasını qoyan həmin bu Paşinyan idi? Yox axı, cənab Sərkisyan, gedin başqa salonda yalan danışın. Ermənistanın dünyadakı yeganə strateji müttəfiqinə qarşı ikiüzlülük məhz sizin vaxtınızda formalaşdırılıb və əsası qoyulub, sizin tərəfdaşlarınız və kürəkəniniz, Vatikandakı səfir tərəfindən.

Yerevanda ilk antirusiya aksiyaları Sərkisyanın hakimiyyəti dövründə və onun icazəsi ilə başlamışdı

Sizin Moskvaya qarşı nifrətiniz və hörmətsizliyiniz hələ ötən əsrin 70-ci illərindəki, Moskva metrosundakı partlayışdan sonrakı erməni millətçiliyinin ifadəsidir, hansı ki, sizlər həmin terror aktı haqda nəğmələr qoşmusunuz, alqışlamısınız, əzizləmisiniz. Paşinyan isə ancaq o vaxt hakimiyyətə gəldi ki, erməni istebleşmentində Rusiyaya münasibətdə artıq heç bir başqa trend mövcud deyildi. Köçəryanın, Sərkisyanın və digərlərinin klanı onları odsaçandan betər od vurub yandırmışdılar-ancaq ikiüzlülük, ancaq hörmətsizlik, ancaq Moskvanı ayaqlardan asılıb qalmış daş kimi təqdim etmək: “Baxın, əgər onlar olmasaydı biz indi haralarda olmuşduq, necə inkişaf etmişdik”. İndi biz sizin uçuşunuzu izləyirik, deməyə heç sözümüz yoxdur, heyratamizdir...

Sərkisyanın Rusiyaya və sovet ideologiyasına sevgisindən ancaq axmaq və zərərli vərdiş qalıb. Bizim diqqətimizi Sərkisyanın sovet toponimlərinə xüsusi sevgisi cəlb edir. Hərçənd, stepanakertli santexnikin bu erkən ilk məhəbbəti onu mənəvi məsuliyyətdən uzaq eləmir. Sanki Ermənistanın eks-prezidenti bilmir ki, 1988-ci ildə Kirovabadın tarixi adı-Gəncə özünə qaytarılıb. Bilir, əlbətdə şəhərin minilik adını yaxşı bilir. Lakin qeyri-ixtiyari olaraq hər fürsətdə Kirovabad adını təkrarlayır. Və daha sonra Azərbaycanın ikinci şəhərinə endirilmiş raket zərbəsinə haqq qazandırmağa çalışır. Bundan əlavə Sərkisyan öz kapitulyant-varisinə humanizmlə bağlı irad bildirir. Paşinyanı qınayır-nəyə görə Kirovabada “İsgəndər”lərdən atəş açmırdı?-Njdenin davamçısı sual edir. Bu bədxah düşmənin dediklərinə fikir verin: “Əlbətdə, tətbiq etmək lazım idi, biz onları (“İsgəndər”ləri) nə üçün almışdıq? Və ümumən beynəlxalq ictimaiyyətin həmin o bəyanatları...Onlar kimə lazım idi? Mən demirəm ki, birinci hədəf neft-qaz kəmərləri və s. olmalı idi. Lakin biz bu “İsgəndər”ləri nə üçün almışdıq? Nəyə görə gətirmişdik, əgər zəruri məqamda onları tətbiq etməyəcəkdiksə?”

Gəncənin faşistcəsinə atəşə tutulmasından sonra Sərkisyan Paşinyanı qınayır: "Nəyə görə "İsgəndər"ləri tətbiq etmədi?"

Hərçənd biz nəyə təəcüblənirik. Axı Sərkisyan özü-erməni faşizminin banilərindən biri britaniyalı Tomas de Valla müsahibəsində Xocalıda azərbaycanlıların qətlə yetirilməsinə görə məsuliyyəti üzərinə götürmüşdü: “Xocalıya qədər azərbaycanlılar düşünürdülər ki, ermənilər dinc sakinlərə əl qaldırmazlar. Ancaq biz bu stereotipi sındırdıq”. Əsrin dörddə biri qədər zaman keçəndən sonra Sərkisyan Paşinyanı zəiflikdə və kütləvi qırğın silahını dinc azərbaycanlılara qarşı tətbiq etməməkdə qınayır.

O, birinci Qarabağ müharibəsi dövründə törədilmiş qisas aksiyalarını misal gətirərək Paşinyanı təkcə passiv-müdafiə mövqeyi tutduğu, yəni dinc azərbaycanlı əhalini məhv etməyə hazır olmadığı üçün qınamır. Sərkisyan Paşinyanın hökumətini Qərblə münasibətləri inkişaf etdirmək səylərinə görə də ittiham edir. Hərçənd indiki Ermənistan hökuməti bu məsələdə Avropa İttifaqı ilə ittifaqa can atan Sərkisyanın özünün  siyasətini davam etdirirdi.

Sərkisyan Rusiya haqda “kapitulyantı” “İsgəndər” raketlərini qisas aksiyaları üçün tətbiq etməməkdə qınayarkən xatırlayır. Yerevanın fəxri vətəndaşı, birinci Qarabağ hakimiyyəti dövründə separatçılara hərbi dəstək vermiş ilk Rusiya müdafiə naziri Paşka Qraçovun sümüklərini sızladır.

“Bir halda ki, sən öz ölkənin qanunlarını pozursan və BMT Təhlükəsizlik Şurasının daimi üzvü olan ölkənin başçısını, hansı ki, həm də sənin müttəfiqindir,- aerportda qarşılamırsan, ardınca naməlum mənşəli saytlara, feyk xəbərlər yayanlara göstəriş verirsən ki, yazsınlar, baxın, bu necə oğlandır, bizim suverenliyimizi necə qaldırır,-onda başa düşməlisən ki, sabah-o biri gün buna görə cəzalanacaqsan”,-Sərkisyan Yerevanın dövlət ağlının başından qaçmasını timsah göz yaşları ilə ağlayıb deyir.

Bəs o özü  rosofobiyanı təşviq edəndə və antirusiya kursunun əsasını qoyanda, separat oyunlara gedəndə və ikiüzlülük edəndə bilmirdi ki, cəza qaçılmazdır və bu cəza indi Sərkisyanın sevgi nəğmələri qoşduğu ölkəsini haqlayacaq? Sərkisyan Köçəryanla birlikdə 2008-ci ildə Yerevanda Ter-Petrosyanın antihökumət nümayişlərini gülləbaran edəndə və azı 12 nəfəri öldürəndə, 2016-cı ilin aprel müharibəsindən sonra Rusiya səfirliyi qarşısında antirusiya və antiputin aksiyalarını niyə görmürdü? Putini və Rusiyanı onun dövründə necə təhqir etmirdilər ki?! Bu nifrətçiləri isə erməni hakimiyyətinin özü himayə edirdi!

Özünün dediyi kimi daha Yerevanda yüksək hakimiyyətə iddia etməyən Sərkisyanın söhbətlərindəki qırmızı xəttdə bir danılmaz məna keçir-Paşinyan onun layihəsi deyil, erməni anlaşılmazlığının hansısa ifadəsidir. Lakin axı Paşinyanı və Yerevandakı antirusiya isteriyasını Sərkisyan özü azğın oliqarxik quldur hakimiyyətinin əli ilə yetişdirdi. Onun hakimiyyəti Ermənistanı Afrikanın ən yoxsul ölkələri ilə eyni sıraya sürüklədi.

Və budur, onlar, “dövlətçi sərkisyanlar” hər məsələdə bir cür düşünürlər, dünyanı isə başqasına inandırırlar, sonra isə özləri üçüncünü etiraf edirlər. Üstəlik onu eyni mətnin içərisində edə bilirlər.

 Sərkisyan zahirən olduqca layiqli görünür. Lakin problem də bundadır ki, əqli ifadə heç də həmişə zahirən əks olunmr. Bizim qarşımızda isə açıq-aydın degenerat dayanıb, o anlamır ki, “İsgəndər”lər hər şeydən əvvəl çəkindirmə silahıdır. Bir növ “erməni çarlarının sonuncu arqumentidir” və onun tətbiqi bir məna verir-artıq gecə yarısını keçib, sabah isə artıq açılmayacaq və deməli sabah haqda düşünməyə dəyməz.

 Budur, o azərbaycanlı əhaliyə qarşı raketləri tətbiq etməkdə tərəddüd etməzdi. Onlar, Respublika partiyasının ardıcılları, Qaregin Njdenin davamçıları üçün azərbaycanlılar adam deyillər, məhv olunmalıdırlar və heç diqqətə də layiq deyillər. Budur, o suallardan birinə belə cavab verir: “Armen Aşotyanın, Şarmazanovun, müxtəlif siyasətçilərin dili ilə biz xəbərdarlıq edirdik ki, bunun ardınca sərt münasibət gələcək, bunun ardınca azərbaycanlı icmasının bərpası prosesi başlayacaq”.

Yəni ki, düşünün, bu müasir gimlerçilərin planına görə hətta azərbaycanlıların əsrlər boyu yaşadıqları doğma torpaqlarında icmasının bərpası artıq təhdiddir. Və kimsə inanan bilərmi ki, erməni işğalı zamanı Dağlıq Qarabağda azərbaycanlı əhalinin haqları hansısa şəkildə təmin oluna bilərdi? Və “Kazan razılaşmasının” imzalanması halında Sərkisyan azərbaycanlılara öz doğma şəhərləri Şuşaya qayıtmağa icazə verərdi? Onlar Qarabağın statusuna dair referenduma buraxılardı? Sərkisyan açıq deyir ki, işğal edilmiş Laçınla Kəlbəcəri heç vaxt Azərbaycana qaytarmazdı.

Qula çevrilmək və ya qovulmaq-sərkisyanların və köçəryanların nəzarəti altında azərbaycanlıları bu iki aqibətdən biri gözləyirdi. Onların ideya rəhbərini Nürenberqdə mühakimə ediblər, amma hələ də onun haqqında unutmayıblar, tarixi hərbi yolla aldatmağa çalışırlar.

Yeri gəlmişkən, Sərkisyanın müsahibəsində hərbi məzmuna xeyli yer ayrılıb. Bir növ standart sxemlə: o, ağ əlcəkli və yeganə layiqli baş komandandır, familiyasını qətiyyən çəkmək istəmədiyi, “kapitulyant” termini ilə adlandırdığı Paşinyan isə büsbütün heç nədir, iki il ərzində Ermənistanın parlaq, qalib ordusunu dağıdan yaramazdır. Sərkisyan bir vaxtlar elit sayılan Mehri polkunun biabırçı kapitulyasiyası haqda danışır. Ermənistanın eks-prezidenti Sərkisyan ordusu haqda Azərbaycanda bu vaxta qədər məlum olmayan rüsvayçı əhvalatlardan bəhs edir.

2020-ci ilin iyul ayı, Azərbaycanla sərhəddə eskalasiya. Sərkisyanın sensasion etirafı: "Döyüş əməliyyatlarını Ermənistan başlatdı".

Nəhayət, həqiqət anı. Sərkisyan açıq etiraf edir ki, məhz Ermənistan 2020-ci ilin iyulunda Azərbaycanla sərhəddə döyüş əməliyyatlarını başlatmışdı. Budur, Sərkisyan deyir: “Hər şeydən əvvəl yenə o haqda danışıram ki, nəyə görə müttəfiqi (Rusiyanı nəzərdə tutur,-red.) aldatmaq olmaz. Sən mövqelərini yaxşılaşdırmaq üçün cəhd edirsənsə və bunun ardınca münaqişə bir qədər böyüyürsə, sonra isə sən bütün dünyaya azərbaycanlıların hücum etdiyi, bizim isə müdafiə olunduğumuz haqda qışqırırsansa o zaman bir sadə məsələni dərk etməlisən: sən bütün bunları deyəndə Rusiya, ABŞ, Fransa kimi ölkələr artıq bilirlər ki, kim vəziyyəti qızışdırıb”. İyul eskalasiyasının ilk günlərindən Azərbaycan Ermənistan hökumətini təxribatda və münaqişəni alovlandırmaqda ittiham edirdi. Paşinyan isə məsuliyyəti Azərbaycanın üzərinə atırdı. Buyurun, həqiqət Ermənistanın eks-prezidentinin dilindən səslənir. Sərkisyan Ppaşinyan hökumətinin uzağagedən təxribatı barədə uzun-uzadı və geniş danışır, bunun Azərbaycanla yeni müharibə başlatmaq məqsədi daşıdığını deyir.

Sərkisyan dövlət dərrakəsi haqda da çox danışır, amma ona nə qədər çox qulaq assan o qədər güclü təəsürat yaranacaq ki, şəxsən bu adam özü dövlət dərrakəsinə malik deyil, o haqda nə zamansa eşidib, “Çayniklər üçün dövlətin idarə edilməsi” kitabçasından nəsə oxuyub.

Hərbi quruculuqda o, tamamilə sıfırdır, amma Brejnev dövrünün əyalət şəhəri Stepanakertdən olan keçmiş komsomol məmuruna xas  inadkarlıqla iddia edir ki, onun dövründə hər şey tamamilə düz edilirdi-müasir ordu üçün nə lazımsa alınırdı və zəruri miqdarda alınırdı, “tuşonka”lar və digərləri isə anbarlarda sadəcə olaraq ağzına qədər dolu idi, əsgərlər necə harınlamışdısa onlardan imtina edirdilər, evlərindən gələn ərzaq bağlamalarına üstünlük verirdilər. “Tuşonka” bir yana, onlar heç orduya çağırılandan sonra botinka da almaqdan imtina edirdilər-orduya hansı ayaqqabı ilə gəlmişdilərsə onunla da gəzirdilər.

 Ermənistan Hərbi Hava Qüvvələri isə o qədər qüdrətli idi ki, Su-30 qırıcıları döyüş vəzifəsinin icrasına hətta silahsız göndərilirdi. Axı bomba və raketlər onun nəyinə lazımdır, düşmən onsuz da qorxub qaçacaq. Sərkisyan donuzaoxşar Xaçaturovla bax belə ordu yaratmışdı, Paşinyan isə  bu cür hərbi möcüzəni darmadağın etdi. Ermənistanı 10 il idarə etmiş siyasətçi əmin idi ki, il yarım ərzində Paşinyan oğru-manvelyanların xarabalıqları üzərində pilotsuz təyyarələrlə silahlanmış müasir ordu qurmalı idi. O ki, düz 2023-cü ilə qədər silahlanmaya vəsait tapmışdı. Nolsun ki, 2017-ci ilə qədər oğurlamışdı? Sərkisyanın sözlərinə görə, satqın Paşinyan gizlicə kapitulyasiyaya imza atıb. Sanki Sərkisyan ordusu üçün biabırçı 44 günlük müharibə heç olmamışdı. O, keçmiş sərkərdə, hər halda özünün Yerevandakı villasının çardağından 90-cı illərdən qalma silahını götürüb Qarabağa yollanmışdı. Amma onu orada heç kim qəbul etmədi. Sərkisyan müharibənin beşinci günü başa düşdü ki, Ermənistan uduzub və evə geri qayıtdı.

İnandırıcı olmaq üçün isə bu nağılbaz açıq-aşkar sayıqlamalara başlayır. Burada “çiyələklər” də var, “80-ci illərin silahları” da, digər bir çox nağıllar da. Məsələn, o deyir ki, 2016-cı ilin aprel müharibəsində Ermənistan az qala qalib gəlmişdi. Gülüncdür. Azərbaycan ordusu o vaxt axsaq Seyranın mifik müdafiə xəttini cəmi 40 dəqiqənin ərzində, karton qutu kimi yarıb keçdi. Və erməni emissarları dizlərini yerə qoyub Moskvaya və Vaşinqtona yalvamağa başladılar ki, situasiyanı xilas etsin. Məmmədyarovdan Lavrov necə xahiş edirdi, Viktoriya Nulland bakılı həmkarını hansı arqumentlərlə inandırmağa çalışırdı. O vaxt isə yeri gəlmişkən, Bakı döyüş meydanına ilk dəfə pilotsuz təyyarələri çıxarmışdı. Ermənistanı darmadağın olmaqdan dünya paytaxtları xilas etdi, amma Yerevanda bundan heç bir nəticə çıxarmadılar. Üstəlik Sərkisyan özünə haqq qazandırmaq cəhdlərinə davam edib erməni hakimiyyətinin qəti inkar etdiyi faktı açıqlayır, deyir ki, 2020-ci ilin iyulunda sərhəddə döyüşləri məhz Ermənistan başlatmışdı. Elə “sirri” faş edir ki, Yerevan onu hamıdan, müttəfiqlərindən və Minsk Qrupunun həmsədrlərindən gizlədirdi, hərçənd o Polişinel sirri idi. Erməni siyasətçilərinin alçaq mahiyyətindən həmin vaxt ATƏT-in bütün paytaxtlarında barmaqlarını dişləmişdilər.

Bəs Dağlıq Qarabağ separatçılarını danışıqlar prosesinə qoşmağa yönəlmiş əbəs cəhdlər barədə arqument? Sərkisyan əmin edir ki, bu, kapitulyant-Paşinyanın təşəbbüsü idi. Hərçənd, Sərkisyanın indiki erməni diplomatiyasına misal gətirdiyi Edik Nalbəndyanın ifasa uğramış xarici siyasətinin alfa və omeqası məhz oyuncaq Qarabağ separatçıları yığınını danışıqlar prosesinə cəlb etməkdən ibarət idi. Paşinyan deyi, Köçəryan və Sərkisyan əbəs yerə Bakını oyuncaq rejimlə bir masa arxasına əyləşməyə inandırmağa çalışırdı. Lakin beynəlxalq ictimaiyyət tərəfindən onların zərif çiyinlərinə Qarabağın erməni icmasının təmsilçiliyi məsuliyyətini də yükləmişdi. Bu, Yerevanda legitim və kompromislərə meylli Ter-Petrosyanı hakimiyyətdən uzaqlaşdıran dövlət çevrilişinin bəhrəsi idi.

Sərkisyan əsas məsələni unudub-Ohanyan Şuşanın komendantı idi...

Sərkisyan böyük hesabla həm siyasətdə, həm hər işində tam naşıdır. Budur, o öz müdafiə nazirinə dönmədən haqq qazandırmağa çalışır: “Mən təəcübləndim, amma heç iki-üç gün də keçməmiş Seyran Ohanyanı Şuşanı saxlaya bilməməkdə ittiham etməyə başladılar. Bağışlayın ifadəmə görə, onlar Şuşanın itirilməsini Seyranın cibinə dürtməyə çalışdılar. Lakin o, orada sadəcə olaraq məsləhətçi rolunda idi”.

Bax burada artıq bədii ibarə gərək deyil. Ohanyan Şuşada məsləhətçi deyildi, komendant idi.  Dahi dövlət adamı və sərkərdə Sərkisyan üçün isə bu iki anlayış arasında fərq yoxdur. İstənilən hərbçi, hətta çağırışçı əsgər də bilir ki, məhz komendant ona həvalə edilmiş obyektin müdafiə olunmasına görə tam məsuliyyət daşıyır. Sərkisyana də Ohanyan kimi Qarabağın paytaxt Şuşanın itirilməsinə görə məsuliyyəti bölüşmək çətindir. 2016-cı ildə Azərbaycanın zərbəsi qarşısında tab gətirməyən generalının daha bir məğlubiyyətinə başqa necə haqq qazandırasan?

Yeri gəlmişkən, Sərkisyan öz müsahibəsində Rusiyanın “Repellent” və “Avtobaza” radioelektron mübarizə komplekslərini də xatırlayır. Aldıqları, amma işə yaramayan silahlar kimi. Bəli, işləməyib, silahlanmaya daxil edə bilməyiblər. Ona görə ki, Ermənistan silahlı qüvvələrində belə kompleksi idarə ed bilən bir heyət belə (5 nəfər) tapılmamışdı. Belə mütəxəssislərin Rusiyada təhsil alması üçün isə pul olmayıb. Və bütün bunlar Paşinyanın vaxtında deyil, başdan ayağa ağ geyinmiş və ağ siyasi “tapoçkarlarda” dolaşan Sərkisyanın vaxtında olub. Onlar bu işə 120 min dollar ayıra bilməyiblər, görünür həmin pula əsgərlər üçün “tuşonka” alıblar...

Budur, biz bu feyerik müsahibənin finalına gəlib çatdıq, hansı ki, Tiqran haqda qədim erməni mifləri üzərində qurulmuş yalanlar aşıb-daşır. Və budur, Sərkisyan finala yaxın deyir: “əgər biz bütün bu  yaşadıqlarımızdan sonra hər gün nəsə güzəştə getməkdə davam etsək, hər dəfə alçalsaq, onda belə həyat kimə lazımdır, belə xalq kimə lazımdır”.

Fikir verin, məsələ tarixi Tiqran haqda miflərlə tərbiyə almış qədim xalqı bu günə kimin saldığı barədə qoyulmur. Onlarda Tiqran deyil, hətta Sərkisyan da deyil, təkcə Paşinyan hər şeydə günahkardır, erməni siyasi elitasının bütün qalan sakinləri hamısı bir nəfər kimi xeyirxahlardır. Və ən başlıcası-qətiyyən heç nədə günahkar deyillər.

Lakin Sərkisyan yenə dayanmır və davam edir: “Biz bu haqda dəqiq yadda saxlamalıyıq: öz həyatını və ya dövlətini irəli aparmaq istəyənlərə kömək etmək lazımdır. Yoxsullara yazığı gəlirlər. Biz heç vaxt yoxsul olmamışıq və olmalı deyilik. Öz təhlükəsizliyini təmin etməyi və öz sosial vəziyyətini yaxşılaşdırmağı bacarmaq lazımdır”.

Bax bunlar qızıl sözlərdir! İz heç vaxt yoxsul olmamısınız. Siz həmişə dilənmi olmusunuz, daha imkanlı ölkələrdən dilənmisiniz və hansı ki, sonradan minnətdarlıq əlaməti olaraq yavaşca cibə qoymusunuz.

Siz üstəlik arxa cəbhə siçovulları olmusunuz, öz xalqınızdan və ordunuzdan oğurlanması mümkün olan hər şeyi oğurlamısınız, əvəzində onu kollaborasionist Njdenin ruhunda erməni ruhunun böyüklüyü barədə ideoloji opiumla, “Qarabağ bizimdir” və digər bu kimi sayıqlamalarla sərxoş etmisiniz.

İndi isə siz rəngini dəyişən alçaq xameleonlarsınız və otuz ilə yaxın davam edən bespredeldən sonra ancaq bir nəfəri-Münhen təhlükəsizlik konfransından cəmi iki il keçmiş başlıca komik personaja çevrilmiş Paşinyanı qabağa verirsiniz. Münhen biabırçılığından sonra bu kapitulyant daha ingilis dilində danışmadı. İlham Əliyevlə diskussiyadan sonra kapitulyantda kompleks yarandı, hansı ki, bu günə qədər də həmin kompleksdən uzaqlaşa bilmir. Kapitulyant sınıq-salxaq ingilis dilində hansısa Qafqaz bürosu haqda danışmağı dayandırdı. Hətta sorosçu telekanalların efirində. Hərçənd nə fərqi var: tarixdən əvvəlki Tiqran haqda gic-gic söhbətləri hansı dildə edirsən? Axı erməni siyasi şüuru xoşbəxtliyin tək bir yolunu irəli sürür: çoxlu maskaların olsun, amma alçaq daşnak xisləti istənilən halda hər şeyi üzə vuracaq, Sərkisyanın müsahibəsində olduğu kimi...

 

 

Xəbərlər