231
Dünən 4 yanvar — 15:06

Polşada müsəlmanlara qarşı terror aktının qarşısı alındı

Polşanın Daxili Təhlükəsizlik Agentliyi müsəlman dini obyektinə terror hücumunun hazırlanması ilə bağlı cinayət işi açıb.

Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, bu barədə qurumun mətbuat katibi Stanislav Jarın məlumat verib.

Onun sözlərinə görə, terror hazırlığında şübhəli bilinən bir neçə nəfər tutulub.

"Prokurorluq məhkəməyə istintaqın yekunu ilə bağlı ittiham aktı göndərib. Agentliyin gəldiyi qənaətə görə, hücum İslam cəmiyyətinin konkret dini ibadət obyektlərinə qarşı təşkil edilməli idi. Kəşfiyyat xidmətinə görə şübhəlilər "Polşanın islamlaşmasına qarşı" olublar", - deyə məlumatda qeyd olunub.

Xəbərlər