420
Dünən 17 noyabr — 21:06

Ermənilər Ağdamda da evləri yandırırlar

Rusiya, Azərbaycan və Ermənistan liderlərinin Dağlıq Qarabağla bağlı bəyanatına əsasən, Ağdam rayonu 20 noyabr 2020-ci ildə işğaldan azad olunacaq.

Virtualaz.org bildirir ki, bu gün Türkiyənin “TRT Haber” telekanalı Ağdam rayonunu tərk edərkən erməni qoşunlarının yanğınlar törətdiyi barədə reportaj yayımlayıb.

"Biz Ağdamdan 5 kilometr məsafədə dayanmışıq. Siz yanğınların işartılarını görürsünüz: bunlar erməni qoşunlarıdır -  qərargahlarının binalarını, postlarını və bütün digər binaları yandırırlar. Hazırda Ağdamın mərkəzində yanğınlar davam edir", - deyə “TRT Haber”in müxbiri Bülent Çulçuoğlu bildirib.

Qeyd edək ki, ermənilər təxliyə edilməzdən əvvəl Kəlbəcər rayonunda da evlərə od vurub, ağacları kəsiblər.

Virtualaz.org

Xəbərlər