408
Dünən 16 noyabr — 18:54

Ermənistan ordusunda kütləvi həbslərə başlanıldı

Ermənistanın müdafiə nazirliyi tərəfindən bir sıra hərbçilərə qarşı cinayət işi açılıb, saxlanılanlar var.

Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, bunu nazirliyin İtkin düşmüş və əsir götürülmüş şəxslər komitəsinin sədri, polkovnik Vitali Voskanyan deyib.

O qeyd edib ki, Qarabağdakı döyüşlər zamanı hərbi qulluqçuların ölümünə səbəb olan zabitlər arasında da tutulanlar var: "Hərbçilərin əsassız ölümünə səbəb olan hərəkətlərdə iştirak edən hər kəs qanunun bütün sərtliyi ilə cəzalandırılacaq. Artıq həbs olunanlar var".

Onun sözlərinə görə, Cəbrayıl istiqamətindəki hərbi hissə zabitlərinə qarşı cinayət işi başlanıb, bununla bağlı kifayət qədər dəlil toplanıb: "Topladığımız bütün materiallar İstintaq Komitəsinə göndəriləcək".

Xəbərlər