756
Dünən 9 oktyabr — 16:50

İlham Əliyevin dokrtinası qalib gəlir, Paşinyan ağ bayraq qaldırır

Müəllif: Eynulla Fətullayev

Budur, biz Qarabağda sentyabr müharibəsi dramının final mərhələsinə yaxınlaşırıq. Ermənistan baş naziri Nikol Paşinyan atəşkəs haqda yalvarır. Və danışıqlar masasına oturmağa hazır olduğunu bildirir.

Azərbaycanın davakar Ermənistanı sülhə məcbur etmək əməliyyatını başa çatmış hesab etmək olar. Qısa qeyd edirəm-atəşkəsə yox, sülhə.

Sentyabr müharibəsinin arxada qalan bütün 12 günü ərzində Paşinyanın ritorikası özünün yumşaqlığı, xeyirxahlığı ilə təəcübləndirirdi. Əvvəlki davakar sparapet, Qarabağ haqda məlum sözlərindən sonra kompromissiz mübarizə ilə silahlanan, bir qarış da olsun torpaq qaytarmayacaqları haqda danışan bu avantürist ehtiyatlı və bütün hərəkətlərini ölçüb-biçən, hər sözü və lazım olan frazanı diqqətlə seçən siyasətçiyə çevrildi. Arşakidin qılıncının yerinə Paşinyanın əlində ağ bayraq göründü. Çətin görünsə də bayraq artıq əldədir. Axı erməni baş nazir Robert Köçəryanın enli kürəyi arxasında itib batdı. Legitim erməni hökumətinin hökm sürdüyü bir vaxtda Arşakidin qılıncını özünü itirmiş baş nazirin əlindən müxalifətin lideri götürdü.

Dünya hələ bu cür "ipək kimi yumşaq" Paşinyan görməmişdi...

Son günlər Köçəryan Azərbaycan ordusunun pilotsuz təyyarələri tərəfindən məhv edilən və  Mao dövrü Çininə aid olan sınıq-salxaq silahların yerinə Qarabağa silah daşınması ilə şəxsən məşğul oldu. Bir sutka sonra isə Qarabağ çox nəzakətli rusdilli adamların sərt nəzarəti altına keçdi. Və üstəlik  o qədər nəzakətli ki, Ermənistanda “sorosçu satqınların” ovuna başladılar.

Paşinyan öz əli və ayaqları ilə özünü dalana dirədi. Saakaşviliyə hamilə olan Ermənistan yarımçıq uşaq saldı. Sevgi inqilabı haqda nəğmələr gözlənilmədən faciəvi rekviyemə çevrildi. Ermənistanı yerinə oturtdular, “əlçatmaz forpost” nöqtəsinə geri qaytardılar. Fors-major Paşinyana fars hazırladı.

Paşinyan yenidən Azərbaycanı ilkin şərtlər və tələblər olmadan dinc dialoqa çağırır. Ermənistan baş nazirinin təslimçi tonu bütün etik sərhədləri aşıb keçir: Paşinyan danışıqların köhnə formatı ilə barışıb və daha qondarma rejimin danışıqlarda təmsilçiliyində israr etmir. Cəmi bir  neçə həftə əvvəl isə Paşinyan sparapet ruhunda Azərbaycanla istənilən danışıqlar formatını inkar edirdi, Bakının yeganə yolunun Qarabağdakı qondarma rejimlə birbaşa danışıqlar olduğunu deyirdi.

Rusdilli nəzakətli adamlar Ermənistana uşaq saldırdı

Qarabağda rusdilli nəzakətli  adamların peyda olmasından sonra Paşinyanın oradakı adamı Araik Arutyunyan da erməni KİV-lərinin səhiflərindən silindi. Axı Ermənistan baş naziri üzərinə Helsinki baza prinsipləri və BMT Təhlükəsizlik Şurasının dəyişməz qalan qətnamələri əsasında danışıqlar aparmaq öhdəliyi götürür.

Ancaq Azərbaycan indi danışıqları prezident İlham Əliyevin birmənalı tələbləri əsasında yeni Paşinyanla aparacaq-Ermənistan işğalçı qoşunların Azərbaycan ərazilərindən çıxarılmasının dəqiq qrafikini təqdim etməlidir. Bu qrafik işlənib hazırlanmadan Azərbaycan diplomatik salonu tərk edib yenidən döyüş meydanına qayıtmalı olacaq. Və Paşinyan bu tələbin haqlı və düşünülmüş olduğunu dərk edir, əks halda israrla Bakıdan danışıqlar masası arxasına qayıtmağı xahiş etməzdi.

Azərbaycanın qarşısında indi mürəkkəb vəzifə dayanır-hərbi uğurların diplomatik müstəviyə keçirilməsi. Zakir Həsənov estafeti Ceyhun Bayramova ötürür. Və indi Azərbaycan ordusunun şücaət və hücum ruhu diplomatik çəkişmələr arenasına keçir.

Estafet Bayramova keçir

Beləliklə, bu saatlarda Moskvada xarici siyasət idarələrinin rəhbərlərinin iştirakı ilə danışıqların ilk raundu başlayacaq. Sərt Bayramov və yayğın Mnatsakanyan gələcək sülhün əsasını qoya bilərlər. Diplomatlar hər şeyi sıfırdan başlayır. Axı Azərbaycan hərbi əməliyyatlar teatrında qüvvələr nisbətini və hərbi konfiqurasiyanı dəyişdirə bilib.

Sentyabr müharibəsinin başlıca uğuru heç şübhəsiz, İlham Əliyevin yeni “əraziləri geri qaytarmaq üçün müharibə” konsepsiyasında ifadə olunmuş status-kvonun dəyişməsi oldu. Danışıqların iflasa uğraması halında,-bu isə o vaxt baş verə bilər ki, Ermənistan kompromislərdən imtina edəcək və işğal zonasını tərk etməyəcək,-Azərbaycan yenidən “əraziləri qaytarmaq üçün müharibə” konsepsiyasına geri qayıtmaq haqqına malikdir.

Sayılı günlər ərzində Azərbaycan ordusu işğal zonasında və Dağlıq Qarabağın özündə erməni ordusunun bütün hərbi infrastrukturunu və logistikasını darmadağın etdi. Və Ermənistana özünün məhv edilmiş ordusunu və hərbi potensialını bərpa etmək üçün illər lazım olacaq. İndiki dilənçi və miskin durumunda, koronaböhranın və ardınca sentyabr müharibəsinin də təsiri ilə dağılmış iqtisadiyyatı ilə Ermənistan üçün bu yerinə yetirilməsi çətin olan vəzifədir. O, yenidən borc altına girməli olacaq.

İlham Əliyev status-kvonu dəyişir

Üstəlik sentyabr müharibəsi zamanı İlham Əliyev sübut elədi ki, dünyanın aparıcı siyasi qüvvələrinin , o cümlədən ABŞ və Avropa İttifaqının xarici təzyiqlərini ləyaqətlə dəf etməyə hazırdır. Uzun illər Ermənistan özünü Azərbaycanın müharibəyə hazır olmadığı haqda yalançı ümidlərlə aldatmışdı, hesab edirdi ki, milyardlarla xarici investisiya cəlb etmiş ölkə öz rifahı ilə risk edib nəticələri əvvəlcədən məlum olmayan müharibəyə girməz. İlham Əliyev isə bu uydurma klişeni sındırdı. Əgər Ermənistan nəzərəçarpan güzəştlərə və kompromislərə getməsə Azərbaycan döyüş əməliyyatlarını bərpa edəcək. Axı nəzakətli adamların qarşısında boynunu bükən Ermənistandan fərqli olaraq Azərbaycan öz siyasi suverenliyini məhdudlaşdırmayıb. Bizim dostlarımız var, amma öhdəliklərimiz yoxdur.

Söz Ermənistanındır. İndi müharibə və ərazilər arasında seçimi o etməlidir...

Virtualaz.org

Xəbərlər