695
Dünən 28 sentyabr — 15:00

Saakaşvili: Qarabağ Azərbaycanın suveren ərazisidir

“Mənim mövqeyim ərazi bütövlüyü prinsipinə əsaslanır, yəni Dağlıq Qarabağ Azərbaycan Respublikasının suveren ərazisidir və heç bir şey onu dəyişdirməyəcək”.

Bunu Gürcüstanın sabiq prezidenti, hazırda Ukrayna Milli İslahatlar Şurasının İcraiyyə Komitəsinin rəhbəri Mixeil Saakaşvili “Facebook” səhifəsində yazıb.

“Əlbəttə, bölgədən didərgin salınan əhalinin öz yurdlarına qayıtmaq haqqı var. Onların sülh şəraitində yaşamaq hüququ var və bu hüquq qorunmalıdır”, -  o vurğulayıb.

Xəbərlər