280
Dünən 13 sentyabr — 01:46

Bakıda 75 yaşlı kişini maşın vurdu

Paytaxtda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un məlumatına görə, hadisə Nəsimi rayonunda qeydə alınıb.

Yolu keçən 1945-ci il təvəllüdlü Şükürov Adıgözəl Salman oğlunu minik avtomobili vurub.

Yaralı təcili yardımın köməyi ilə xəstəxanaya çatdırılıb, müayinə zamanı ona sol körpücük sümüyünün sınığı diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır.

Xəbərlər