1108
Dünən 11 avqust — 11:16

Ağ Evə silahlı hücum cəhdi

Ağ Evdə mətbuat konfransı keçirən ABŞ Prezidenti Donald Tramp mühafizəçilər tərəfindən heç bir izah verilmədən aparılıb.

Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, hadisə canlı yayın vaxtı baş verib.

Trampın diqqətini mətbuat konfransının əvvəlində təhlükəsizlik işçisi çəkib.

Daha sonra o, Prezidentin qulağına nə isə dedikdən sonra ABŞ-ın dövlət başçısı mühafizəçiləri ilə birlikdə konfransın keçirildiyi ərazini tərk edib.

Daha sonra jurnalistlərin qarşısına çıxan Tramp bunları deyib: “Ağ Evin yaxınlığında atışma baş verib. Məxfi xidmətə təşəkkür edirəm. Bir nəfər yaralanıb və o, xəstəxanaya aparılıb. Vəziyyəti barədə məlumatsızam”.

ABŞ-ın gizli xidməti isə Ağ Ev yaxınlığında baş verən atışmanın təfərrüatını açıqlayıb. Xidmətin “Twitter” hesabında yerləşdirilən açıqlamada deyilir ki, binaya hücum edən 51 yaşlı kişi olub.

Həmin şəxs axşam saat 6-da gizli xidmətin əməkdaşına yaxınlaşıb. O, silahlı olduğunu deyib və silahını çıxarmağa macal tapmamış, asayiş keşikçisi cəld tərpənib və naməlum şəxsi yaralayıb.

Daha sonra şübhəli şəxsə tibbi yardım göstərilib və o, xəstəxanaya aparılıb.

ABŞ gizli xidmətinin öz əməkdaşının hərəkətləri ilə bağlı daxili araşdırma aparacağı bildirilir.

Xəbərlər