1609
Dünən 6 avqust — 10:28

Müxalifət yığışıb bəyan etdi: “Xalqın evdə işsiz oturması bizə sərfəlidir!”

Müəllif: Eynulla Fətullayev

Bu günlərdə əfsanəvi “Amnesty İnternational” beynəlxalq insan haqları təşkilatı-bəli, bəli, məhz həmin o zirehli, inqilabi, Dəmir Pərdəni yırtan, Brejnev müdafiəsini yaran təşkilat,-Azərbaycan müxalifətindəki situasiya barədə bəyanatla çıxış etdi. Əgər korrekt olsaq, Azərbaycanda müxalifətçilikdən danışanda Qərb institutları müxalifət deyəndə milli demokratları və hakimiyyət sıralarından onlara qoşulan, neobolşevik ideya-siyasi platformasını seçən bir qrup reneqat-eks-apologetləri nəzərdə tutur. Milli demokrat-cəbhəçilər publik olaraq milli müharibəni vətəndaş müharibəsinə çevirməyə çağırır. Lakin bu gün “Amnesty İnternational” sinfi düşmənçiliyini gizlətməyən neobolşevik qüvvəni sülhpərvər Qandi müqavimət hərəkatı qismində təqdim edir.

Böyük Usta yüz il əvvəl sanki indiki Azərbaycan kütbeyinlər sinfini göstərmişdi...

Hərçənd ilk dəfə Qərb insan haqları müdafiəçiləri ədalətli yanılmaya yol veriblər-“Azərbaycan müxalifətinin qalıqları” ifadəsini işlədiblər. Söhbət məhz qalıqlardan-bir vaxtlar mövcud olmuş milli-demokratik hərəkatın qalıqlarından gedir. Hətta Qərb siyasi düşüncəsi danılmaz həqiqəqti səsləndirir-Azərbaycanda müxalifət hərəkatı bəzi MDB ölkələrindən fərqli olaraq geniş xalq kütlələrinin dəstəyini qazana bilməyib. Xalqdan uzaq düşmüş, yadlaşmış, konvulsiv müxalifət ictimai mövqenin idarə edilməsi üzərində sonuncu manipulyativ iplərini və ictimai şüura təsirini itirir.

Lakin Qərb sual edir-qiyamçı cəbhəçilərin həbsini nə ilə izah etmək olar?! Ədalətli retributivizmlə (qisasçılıqla), cinayətə proporsional cəza ilə. Qərb insan haqları müdafiəçilərinin terminologiyası ilə ifadə etsək, müxalifətin qalıqları dayanmadan cəmiyyəti hakimiyyətin zorakı yolla devrilməsi üçün təşkilatlanmağa çağırır. Üstəlik bütün çirkin vasitələrdən və mümkün amoral metodlardan istifadə edir-Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində baş vermiş toqquşmalardan tutmuş pandemiya ilə bağlı tətbiq edilmiş karantin-koronarejimin təbii nəticələrinə qədər.

Açıq şəkildə Qarabağda hərbi əməliyyatları dərinləşdirməyə çağırışlar edilir ki, müharibəni vətəndaş qarşıdurmasına çevirmək üçün effektiv rıçaq əldə edilsin. Bir dəfə, uzaq 1992-ci ildə həmin bu qırmızı-şabalıdılar Qarabağda döyüş əməliyyatlarının birinci eskalasiyasından istifadə etdilər, daxili siyasi stabilliyi təslimçi əhval-ruhiyyə ilə silkələdilər və qoşun hissələrində öz təsirlərini gücləndirdilər. Bir dəfə, 1992-ci ildə həmin bu neobolşeviklər cəbhəboyu yaşayış məntəqələrində panika və çaxnaşma yaradaraq insanların qəzəbini legitim hakimiyyətə qarşı yönəltdilər, onun zorla devrilməsinə nail oldular.

Həmin o siyasi qüvvə, daha dəqiqi, onun miskin qalıqları amorf AXCP və acınacaqlı Milli Şura qismində mümkün olan hər şeyi etməyə çağırırlar ki, pandemiya dövründə situasiya gərginləşsin və kəskinləşsin.

Pişiklərlə mübarizə aparan Şvendorovsk sifətləri 90 il sonra

Üstəlik ilk dəfə müxalifət liderləri açıq mətnlə xalqı bəyənmədiklərini ifadə edir, öz xalqını çirkli xarabalığa bənzədir.

Sosial şəbəkələrdə Milli Şuranın növbəti iclasından yeni videosüjet yayılıb. Siz təkcə eks-deputat Gültəkin Hacıyevanın danışdıqlarına qulaq asın və onun etirafları üzərində düşünün. Onun çıxışları və çağırışları əsl sinizmdir, siyasi pozğunluqdur, büsbütün əxlaqsızlıqdır. Bu sözlərdən qorxmuram-amma bu allahsız və vicdansız siyasi hədəflər naminə öz xalqına qarşı cinayətdən başqa bir şey deyil.

Gültəkin Hacıyeva açıq deyir: “Ölkədə insanların narazılığı artır. Ona görə də ölkədə karantin rejiminin sərtləşdirilməsindən narahat olmaq lazım deyil. Bu sərt qaydaların uzadılması birmənalı və tam şəkildə bizim maraqlarımıza cavab verir. Bundan sevinmək lazımdır! Əksinə, biz bunda maraqlı olmalıyıq ki, İlham Əliyev karantini uzatsın. Bu situasiyanı istifadə edərək biz hakimiyyətin yaxasından yapışa bilərik. Təkrar edirəm, bu birmənalı şəkildə bizim marağımızdadır”.

G.Hacıyevanın dedikləri adi faşizmdir. Təxribata və “büllur gecəyə” çağırışdır! Bu qadının, ananın, qızın öz xalqına qarşı manyaksayağı qəddarlığına diqqət yetirin! Xalq acdır? Xalq xəstədir? Necə də gözəldir, axı bu bizim maraqlarımıza uyğundur. Xalq işsizdir? Buna sevinmək lazımdır. Deməli, hakimiyyətin yaxasından yapışmaq üçün əla şansımız var. Ölkədə koronavirusa görə karantin tüğyan edir? Deməli, hər cür çalışmaq lazımdır ki, bu yoluxucu xəstəlik cəmiyyətimizdə daha dərindən otursun!

Gültəkin Hacıyeva təkcə sifətindəki maskanı çıxarmayıb...

Və bu siyasi qüvvə, həmin bu Gültəkin Hacıyeva, əsl nifrətə və haqq etdiyi cəzaya layiq olan biri hakimiyyətin dəyişməsinə və arzu etdiyi hökumətdə yüksək posta iddia edir?! Özünə hörmət edən istənilən siyasətçi bütün bu özünüifşa çıxışının yayılmasından sonra şübhəsiz ki, istefa verərdi, siyasətdən gedərdi. Bu necə olur axı? Bu adam, bu qadın-ana dilində Allahdan öz xalqına pis gün arzulayan dualarla bu ölkədə necə yaşayacaq?! Ağlasığmazdır. Hacıyevanın törətdiyi bu əməl publik alçaq hərəkətdir və adamın beyninə heç cür batmır.

Lakin Hacıyeva sakit, məkrli və düşüncəlidir. Hakimiyyətlə mübarizədə bütün vasitələr yaxşıdır və qəbulediləndir. İlk növbədə azərbaycanlıarın əziyyətləri. Bu onların xeyrinədir, onların maraqlarına cavab verir. Prezident İlham Əliyev öz çıxışında bu siyasi tullantıları Qarabağdakı işğalçı rejimlə müqayisə edəndə haqlıdır, haqlıdır, üç dəfə haqlıdır. Hərçənd bunlar öz Vətəninin keşiyində dayanan gənc azərbaycanlılara güllə atanlardan da qorxuludur. Bunlar gənc azərbaycanlıların üstünə əllərində bıçaqlar, xaincəsinə arxadan, xəlvətcə hücum çəkirlər.

Doğrudanmı siz hesab edirsiniz ki, bu filisterlərin xəlvəti axşam söhbətində onların arasından kimsə Kərimlinin Gülçatayının dediklərinə etiraz edib?! “Yaraşıqlı plebey” Gülçatay örtüyünü açdı! Oradan Kərimli boylandı. Bu goranboylu kəmsavadın, ancaq hüdudsuz qadın qisas hissləri ilə alışıb yanan Gülçatayın dilindən səslənənlər iyrənc Kərimli həqiqətləridir!

Gülçatayın dəhşətli etirafları “Revvoensovet”in iştirakçıları arasında ancaq məmnunluqla və razılıqla qarşılanır. Trotskisayağı saqqalı Zahid, Kərimlinin “balbesi” Rahim Hacıyev, ədliyyə generalı və liberal bıdlo-sinfin digər nümayəndələri onunla razılaşırlar.

Və onların hamısı bir ağızdan tanınmış ictimai xadimləri cəmiyyətdə siyasi etirazı gücləndirmək üçün karantində müftəxorluq etməyə çağırır. Çirkindir? Alçaqlıqdır? Eybəcərdir? Qənimət Zahid: “Mən Bəxtiyar Hacıyevə tapşırdım ki, o da yazsın”.

Söhbət nədən gedir? Harvardın fakultativ məşğələlərinin daim gənc dinləyicisi Bəxtiyar Hacıyevdən?! Şəxsən mən dünənə qədər əmin idim ki, oliqarxlardan pay almağa həvəsli olan Bəxtiyar hakimiyyətin agentidir. Belə çıxır ki, Hacıyev etirazçıların əksəriyyəti kimi, ikili agent imiş. Nədən təəccüblənəsən? Onların tarixçələri 88-ci ildən elə belə başlayıb.

Bu murdarlıq, natəmizlik adamın ürəyini bulandırır. Yaxşısı budur, özünüz baxın:

Xəbərlər