1202
Dünən 3 iyul — 15:10

Lukaşenko daha Prezident olmaq istəmir

Belarusda həyatın sakit və təhlükəsiz olduğuna görə ruslar və ukraynalılar belaruslara həsəd aparırlar.

RBC xəbər verir ki, bunu Belarus Prezidenti Aleksandr Lukaşenko ölkənin Müstəqillik Gününə həsr olunmuş təntənəli yığıncaqda çıxış edərkən deyib.

“Əsas odur ki, biz müharibələrin qarşısını aldıq, təhlükəsiz və sakit bir ölkədə yaşayırıq. Burada körpəsi olan hər kəs günün istənilən vaxtı küçəyə rahat çıxa bilər. Başqa ölkələrdən olan insanlar - qardaşlarımız ruslar, ukraynalılar bizə həsəd aparırlar”,- Belarus lideri vurğulayıb.

Lukaşenko xatırladıb ki, yaxın vaxtlarda Belarusda prezident seçkiləri keçiriləcək: “Mən artıq işləmişəm, bu prezident payından artıq doymuşam”.

Xəbərlər