3728
Dünən 12 fevral — 16:02

Keçmiş icra başçıları istintaqdan razılıq edirlər və heç bir şikayətləri yoxdur

İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədri Tural Hüseynov, müavini Elçin Şirinovun iştirakı ilə birgə Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) müvəqqəti saxlanma yeri və istintaq təcridxanasında monitorinqlər keçiriblər.

Komitə sədrinin müavini E.Şirinov bildirib ki, monitorinq zamanı saxlanılan şəxslərin saxlanma şəraiti ilə tanış olublar.

“Ağstafa Rayon İcra Hakimiyyətinin sabiq başçısı Nizaməddin Quliyev, rayon icra hakimiyyəti başçısının müavini Ramiz Tatarov, Yevlax Rayon İcra Hakimiyyətinin sabiq başçısı Qoca Səmədov, jurnalist Polad Aslanov və Fəxrəddin Abbasovla görüşülər keçirdik. Həmin şəxslər saxlanma şəraitindən, onlara göstərilən münasibətdən razıdırlar. Həmin şəxslərin heç bir şikayətləri yoxdur. Hazırda həbsdə olan icra başçılarının istintaqı gedir və istintaqdan da razıdırlar”, - E.Şirinov deyib. (“Report”)

Xəbərlər