3744
Dünən 5 fevral — 11:20

“Əmim öldü, atam və qardaşım ağır xəstədir, anam və xalam da yoluxub, evdə ölməyə üstünlük veririk…”

Çində koronavirus epidemiyasının episentri olan Vuhan şəhərində dramatik vəziyyət hökm sürür. Virusa yoluxanların sayı rəsmi rəqəmlərə görə 20 mini keçib, lakin əslində real rəqəm bundan qat-qat çoxdur. Ölənlərin sayı isə 500-ü keçib.

Venjun Vang Çinin koronavirus infeksiyasının yayılmağa başladığı Vuhan şəhərinin sakinidir. 33 yaşlı evdar qadın olan Venjun Vang yanvarın 23-də şəhərin "qapadılmasından" sonra orada qalıblar. Vanq BBC-yə ailəsinin həyat mübarizəsindən danışıb.

-Koronavirusun başlamasından bəri əmim vəfat edib, atam ağır xəstədir və anam və xalamda bəzi simptomlar görünməyə başlayıb. Kompüter tomoqrafiyası ağciyərlərinin yoluxduğunu göstərir. Qardaşım da öskürür və nəfəs almaqda çətinlik çəkir. Atamın yüksək hərarəti var. Dünən onun 39.4 dərəcə qızdırması var idi və davamlı öksürür, nəfəs problemləri yaşayırdı. Biz ona oksigen aparatı gətirdik və o, həftənin hər günü, 24 saat maşına bağlı qalır.

O, hazırda həm Çin, həm də Qərb istehsalı olan dərmanlar qəbul edir. Onun gedə biləcəyi xəstəxana yoxdur, çünki onun vəziyyəti yoxlanış testlərinin azlığından təsdiqlənməyib.

Anam və xalam özlərinin vəziyyətinə baxmayaraq hər gün xəstəxanaya gedirlər ki, bəlkə atam üçün bir yer tapıla. Lakin heç bir xəstəxana onları qəbul etməz.

"Bizə heç kim kömək etmir"

Vuhan şəhərində virusun yüngül simptomları olan və ya inkubasiya müddətində olan xəstələri yerləşdirmək üçün çoxlu karantin mərkəzləri var. Orada bir neçə sadə və həqiqətən ilkin imkanlar var. Lakin mənim atam kimi ağır vəziyyətdə olan insanlar üçün yer yoxdur.

Mənim əmim karantin mərkəzlərinin birində öldü, çünki orada ağır simptomları olanlar üçün tibbi imkanlar yoxdur. Mən ümid edirəm ki, atam düzgün müalicə ala biləcək, lakin hazırda heç kim bizimlə əlaqə saxlamır və bizə heç kim kömək etmir. Mən bir neçə dəfə icma işçiləri ilə əlaqə saxlasam da, aldığım cavab o olub ki, "bizə xəstəxanada yer ayrılmasına imkan yoxdur".

Başlanğıcda atamın və əmimin getdiyi karantin mərkəzinin xəstəxana olduğunu düşünsək də, ora otel imiş. Orada nə tibb bacısı, nə həkim, nə də istilik sistemi var idi. Onlar oraya axşam getmişdilər və içilər onlara soyuq yemək vermişdilər. Onda mənim əmim çox xəstə idi, ağır tənəffüs simptomları var idi və huşunu itirməyə başlamışdı.

Onu müalicə etmək üçün heç bir həkim gəlmədi. Əmim və atam ayrı-ayrı otaqlarda qalırdılar və atam səhər saat yeddinin yarısında onun otağına gedəndə əmim artıq ölmüşdü. Yeni xəstəxanalar hazırda başqa xəstəxanalarda olan insanlar üçün inşa edilir. Onlar yeni xəstəxanalara köçürüləcəklər. Lakin bizim kimi insanlara nəinki yeni xəstəxanaya getmək, heç hazırda olan xəstəxanalarda yer verilmir. Hökumətin təlimatlarını izləsək, bizim hazırda gedə biləcəyimiz yeganə yer o karantin mərkəzləridir. Ondansa, evdə ölərik.

"Yoluxmuş əhali çoxdur"

Ətrafımızda bizim kimi ailələr çoxdur, onlar da eyni çətinliklərlə üzləşirlər. Mənim dostumun atasını yüksək hərarəti olduğu üçün hətta karantin mərkəzinə qəbul etməkdən imtina ediblər. İmkanlar məhduddur, lakin yoluxmuş əhali çoxdur. Biz qorxuruq və nə bundan sonra nə baş verəcəyini bilmirik.

Demək istəyirəm ki, əgər mən yanvarın 23-də şəhərin "bağlanacağını" bilsəydim, mütləq bütün ailəmi oradan çıxarardım. Çünki burada kömək yoxdur. Hər hansı başqa yerdə olsaydıq, bir ümid ola bilərdi. Bizim kimi hökumətə qulaq asaraq Vuhan şəhərində qalan insanların doğru və ya yalnış qərara verdiyini bilmirəm. Lakin məncə, əmimin ölümü bu suala cavabdır.

Xəbərlər