692
Dünən 6 yanvar — 13:08

Makron və Tramp arasında kritik söhbət

Fransanın Prezidenti Emmanuel Makron ABŞ Prezidenti Donald Trampla telefonla danışıb.

Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, məlumatı Fransa Prezidentinin mətbuat xidməti yayıb.

Məlumata görə, Tramp və Makron general Süleymaninin ölümündən sonra bölgədəki vəziyyəti müzakirə ediblər.

Makron İran tərəfinin bölgədə sülhü pozacaq addımlar atacağından narahatlığını ifadə edib.

Fransa Prezidenti həmçinin, sülhün qorunub saxlanılması üçün beynəlxalq təşkilatlarla birlikdə çalışacaqlarını qeyd edib.

Xəbərlər