1275
Dünən 27 noyabr — 21:44

Dağlıq Qarabağda "miatsum" müzakirələri yenidən başladı

İşğal olunmuş Dağlıq Qarabağın Ermənistana birləşməsi barədə məsələ Xankəndində yenidən qaldırılıb.

Virtualaz.org bildirir ki, bu barədə “Kavkazski Uzel” xəbər verir. Nəşr yazır ki, məsələ Xankəndində (Stepanakert) təşkil olunan dəyirmi masada xüsusi müzakirə olunub. Məlumata görə, təxribat xarakterli tədbiri "Stepanakert Mətbuat Klubu" və "Erməni Seçimi" ictimai təşkilatı təşkil edib.

Tədbir iştirakçıları bildirdilər ki, "Ermənistandakı siyasi vəziyyət Dağlıq Qarabağın bu ölkənin bir hissəsi olmasına imkan yaradır". Dəyirmi masa Ermənistan SSR Ali Şurasının və özünü Dağlıq Qarabağın Milli Şurası adlandıran qurumun "yenidən birləşmə haqqında" birgə qərarının 30 illiyinə həsr edilib. "Stepanakert Mətbuat Klubu" nun prezidenti Gegam Bağdasaryan tədbirin məqsədinin bu mövzu ətrafında "ictimai konsensus" yaratmaq olduğunu bildirib. O əlavə edib ki, müzakirələr xüsusən Yereandakı dəyirmi masada davam edəcək.

Politoloq Aleksandr Kanyanyan öz növbəsində qeyd edib ki, Ermənistandakı vəziyyət köklü şəkildə dəyişib , bu səbəbdən birləşmə məsələsinin uzun illər davam edən hüquqi və siyasi reallıqlarını ümumiləşdirməyin zamanı gəlib. “Modus Vivendi” Analitik Mərkəzinin rəhbəri, politoloq Ara Papyan isə çıxışında keçmişə nəzər salaraq 1 dekabr 1989-cu il tarixli qərarın “Birləşmiş Ermənistanın elan edilməsi” üçün kifayət qədər əsaslı olduğunu vurğulayıb.

Virtualaz.org

Xəbərlər