477
Dünən 26 noyabr — 17:13

Türkmənistanda yekəqarın polislərə ultimatum verildi

Türkmənistanda polis əməkdaşları attestasiyadan keçirilir. Aşqabad, Mari və Lebapda keçirilən attestasiyada əsas tələblərdən biri əməkdaşların çəkisinin azaldılması ilə bağlıdır.

Virtualaz.org xəbər verir ki, bu barədə “Azadlıq Radiosu”nun Türkmənistan xidməti məlumat yayıb.

Hüquq mühafizə əməkdaşlarından tələb olunan odur ki, çəkiləri 100 kiloqramı keçməsin. Polis əməkdaşlarının sözlərinə görə, tələblər sərt şəkildə irəli sürülüb. Xüsusilə, Daxili İşlər Nazirliyinin hazırkı rəhbərinin "yağlı polisləri sevmədiyini" izah edərək polisə çəkini tənzimləmək üçün bir ay vaxt verilib: “Şifahi sərəncama uyğun olaraq, bütün polis bölmələrinin işçilərinə xəbərdarlıq edilib ki, dekabrın 25-dək arıqlaya bilməyən hər kəs, rütbəsinə baxmayaraq işdən azad olunması ilə bağlı ərizə yazmağa məcbur ediləcək".

Türkmənistanın Marı şəhərindən gələn xəbərlərdə hazırda yerli polislərin arıqlamaq tələbləri ilə fiziki təlimlərə başladıqları bildirilir. Məlumata görə, hər gün Marıdakı Aşqabad küçəsindəki stadionda arıqlamaq tələbi ilə polislərin qaçdığını görmək olar. Bundan başqa polislər futbol və voleybol oynayırlar.

Xəbərlər