1427
Dünən 25 noyabr — 13:48

“Pokrovka Məhərrəm” kimi tanınan şəmkirli mafioz Azərbaycana deportasiya edildi

Vaxtilə "Rövşən Lənkəranski"nin qruplaşmasına daxil olan kriminal avtoritet Məhərrəm Quliyev (“Pokrovka”) Rusiyadan qovulub. Virtualaz.org “REN TV”yə istinadən xəbər verir ki,  Məhərrəm Quliyev Moskvanın Şeremetyeva aeroportundan Azərbaycana  deportasiya edilib.

Bildirilir ki, Məhərrəm Quliyev bundan əvvəl Moskvada polis tərəfindən immiqrasiya qanunlarını pozduğuna görə tutulub. O, Rusiyada qeyri-qanuni yaşayıb. Məhkəmə kriminal avtoritetin ölkədən kənara çıxarılmasına qərar verib. M. Quliyev Biryulevodakı Pokrovskaya meyvə-tərəvəz bazası  ilə sıx əlaqəli olduğu üçün "Pokrovka" ləqəbi ilə tanınıb. O, Lənkəranskinin adamı kimi  paytaxtın ən böyük meyvə-tərəvəz bazasına “nəzarətçi” (“smotryaşi”) olub.

Kriminal aləmdə “Pokrovka” kimi tanınan Məhərrəm ilk dəfə 2018-ci ilin yazında tutulmuşdu. O, ticarətçilərdən 1 milyon rublu hədə-qorxu yolu ilə ələ keçirməkdə ittiham olunurdu. Onu Moskvada 500 milyon rubldan çox dəyəri evdə tutmuşdular. Həmin vaxt  kriminal avtoritetin barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmişdi, lakin azərbaycanlı öz növbəsində qaydaları pozaraq gününü eyş-işrətlə keçirmişdi,  restoranda dostlarına böyük ziyafət vermişdi. Ziyafətdən sonra Məhərrəm Quliyev yoxa çıxmışdı və federal axtarışa verilmişdi.

Xəbərlər