1280
Dünən 4 oktyabr — 12:03

İlham Əliyev Paşinyanı necə küncə sıxdı...

Müəllif: Eynulla Fətullayev

Əvvəllər nə vaxtsa, erkən gənclik vaxtlarımda sensasion və qaynar reportajlar dalıca qaçdığım dövrlərdə, bəxtsiz jurnalist taleyi ilə gətirdi ki, mən Azərbaycanın informasiya müharibəsi qazanının lap ortasında qaldım-işğal altındakı Dağlıq Qarabağdan bir-birinin ardınca reportajlar hazırladım. Və mənim qısa missiyamın final nöqtəsi işğal edilmiş zonada “dqr prezidenti” adlandırılan Arkadi Qukasyanla-separatçıların lideri ilə görüş oldu.

Məşhur müsahibədən və erməni konyakının dadına baxandan sonra söhbət Azərbaycanın yeni seçilmiş prezidenti İlham Əliyevdən düşdü. Mən pauza verdim və həmsöhbətimin hər sözünü diqqətlə tutmağa başladım. Onlar Heydər Əliyevin varisi barədə nə düşünür? Səmimi etiraf edirəm ki, məni Qukasyanın etirafı heyrətə saldı. Əlbətdə ki, 15 il əvvəl bu mətbuat üçün söhbət deyildi və bütün bu vaxt ərzində mən həmsöhbətimin etirafını tarix üçün saxladım. Lakin mənə elə gəlir ki, məhz indi onu oxucularla bölüşmək məqamı gəlib çatıb.

-Danışıqların birinci raundundan sonra (söhbət ATƏT-in Minsk Qrupu formatında Azərbaycan və Ermənistan prezidentləri arasında danışıqlar prosesindən gedir,-müəl.) sizin Azərbaycanın yeni prezidenti haqda təəsüratlarınız nədir? Siz onu necə xarakterizə edərdiz? ,-Qukasyan sifətində ona xas ironik təbəssümlə dedi.

-Və Köçəryan buna necə cavab verdi?,-suala sualla cavab verdim. Bu məqamda Qukasyanın sifətinin ifadəsi dəyişdi.

-O dedi ki, İlham Əliyev atasının layiqli varisidir. Danışıqlarda Heydər Əliyevdən heç də geri qalmayan qrossmeysterdir.

Qarabağ xatirələrimin bu epizodu yaddaşlarımda prezident İlham Əliyevin Soçidə Valday diskussiya klubunun iclasında dünənki çıxışı zamanı yenidən canlandı. Əliyev kortəbii etiraz dalğası fonunda əlində şelfi çubuğu böyük erməni siyasətinə uçan orta səviyyəli jurnalisti, lovğa snobu regionun bir çox liderlərinin, xüsusən də Rusiya prezidenti Vladimir Putinin, nüfuzlu ekspert cameəsinin yanında mühasirəyə alıb çökdürdü. Və budur, həmin Paşinyan-tovuzquşu lələkli qarğa işğal altındakı Xankəndində tribunaya cumaraq populizm naminə, qeyri-ixtiyari şəkildə uca səslə dedi: “Qarabağ Ermənistandır, nöqtə”.  Bütün görünən budur ki, yeni Ermənistan baş naziri özünün yüngüldüşüncəli və siyasi baxımdan səbatsız, qeyri-adekvat bəyanatının sonrakı nəticələri barədə heç düşünməmişdi də.

Paşinyanın sələflərindən heç biri bu cür qəti və birmənalı formulanı özünə rəva görməmişdi-axı dövlət başçılarının məsuliyyət ölçüsü onların üzərinə dinc danışıqlar formatını saxlamaq öhdəliyi qoyur. Əks halda sülh danışıqlarının alternativi qaçılmaz və taleyüklü müharibə olacaq.

Düşmən ölkənin inadkar hökumət başçısı ilə daha nə danışasan ki, kompromislərə əsaslanan sülh ideyasının özü ona birtəhər görünür?! Uzun illərdir davam edən Qarabağ münaqişəsi planetdəki digər “konservə edilmiş” qaynar nöqtələr kimi çoxdan daxili sərhədlərin hüdudlarından kənara çıxıb və qlobal münaqişə çaları qazanıb. Bu münaqişələrdə dünyanın bir çox aparıcı paytaxtlarının maraqları çuğlaşıb. Həqiqətin bu əlifbasını dərk etmək üçün heç də dərin və analitik ağla malik olmaq lazım deyil.

Əlbətdə ki, uzun sürən siyasi və regional çaxnaşmalarda baş çıxaran hakimiyyət və siyasət ustası İlham Əliyev qrossmeystersayağı pauza götürdü. Azərbaycan prezidenti öz karyerasında heç vaxt emosiyalara və ani hisslərə ixtiyar verməyib. Təmkin, soyuqqanlılıq və rəqibin siyasi addımlarını əvvəlcədən duyub hesablamaq qabiliyyəti prezidentin siyasi portretinin ştrixlərindən ancaq biridir. İlham Əliyev başa düşdü ki, Paşinyan sərt və amansız cavaba layiqdir. Lakin Yerevandakı təcrübəsiz siyasətçiyə Bakıdan cavab vermədi. Axı sabaha inamı olmayan Paşinyandan fərqli olaraq İlham Əliyevin daxili siyasətə oynamağa ehtiyacı yoxdur. Azərbaycan prezidenti öz ölkəsinin ictimai rəyinin şəksiz və mübahisəsiz lideridir, uzun illərdir ictimai şüurun indikatoru və ifadəçisi rolunu özündə saxlayır.

Şübhəsiz ki, İlham Əliyev Paşinyanın yayğın, tutarsız tezisinə BMT Baş Assambleyasının tribunasından da cavab verə bilərdi. Baş Assambleyanın bütövlükdə BMT kimi enişini və yenidən dirçəlişini nəzərə alanda, hansı ki, İlham Əliyev bu yaxınlarda inamlı və arqumentləşdirilmiş şəkildə bu haqda danışdı, ötən əsrin böhranlı 30-ci illərindəki Millətlər Liqası kimi siyasi komaya düşmüş, qondarma dünya arbitrlərinin əlində manipulyasiya alətinə çevrilmiş təşkilatdansa Azərbaycan liderinə daha inamlı və nüfuzlu meydança lazım idi.

İlham Əliyev bilərəkdən pauz verdi, axı status-kvonun qarantı olan həmsədr ölkələr də öz hökmlərini çıxarmalı idi. Bir qılınc zərbəsi ilə dolaşıq Qarabağ Qordi düyününü çözmək istəyən Paşinyanın çağırışı dünya arbitrlərinin barışmaz, konsolidə edilmiş mövqeyi ilə qarşılaşdı. Və ilk növbədə Rusiyanın. Hər şey o qədər uzağa getdi ki, etnik erməni, Rusiya XİN-in rəhbəri Sergey Lavrov sözün hərfi mənasında ultimativ bəyanatla çıxış etdi.

Rusiya –erməni istebleşmentini əzizləyən aparıcı regional dövlət Albaniyanı Ermənistanla bir sıraya qoydu, Kosovonu isə Qarabağla müqayisə etdi. Əlbətdə, amerikalı diplomatların dilində bu cür qorxunc paralel Azərbaycan cəmiyyətinin ədalətli sülhə olan bütün ümidlərini dəfn edərdi. Lakin məhz Rusiya  Kosovonun suverenliyinin beynəlxalq səviyyədə tanınmasının qəbirqazanı oldu və bölgənin müstəqilliyini birtərəfli elan etməsini müttəfiq Serbiyanı parçalamaqla Qərbin keçmiş Yuqoslaviyadakı siyasi cinayətlərinin izini itirmək cəhdi kimi qiymətləndirdi. Əks halda, legitim hakimiyyətin bombardmanlarla və hərbi müdaxilə ilə devrilməsinə necə haqq qazandırmaq olar?! Lavrovun və Kremlin dilində Qarabağın “kosovolaşdırılması” Yerevana və şəxsən Paşinyana dəyən sillədir.

Ermənistanın hərbi təcavüzündən əsrin dörddə birinin keçdiyi bir vaxtda bu Moskvanın Yerevana ilk səs-küylü danlağıdır.  Diqqət yetirin, Lavrovun ittihamı Putinin Yerevandan qayıtmasından cəmi bir gün sonra və İlham Əliyevin Rusiyaya səfərindən , Putinlə danışıqlarından bir gün əvvəl səslənir.

Bundan əlavə, Lavrovun səs-küylü danlağından dərhal sonra Ermənistan XİN-in özünə bəraət qazandırmağa çalışan bəyanatı eşidilir, orada erməni diplomatları öz hökumət başçılarının buraxdığı kobud səhvi düzəltmək üçün ifadələri diqqətlə seçirlər. Paşinyanın dinc nizamlama və qarşılıqlı kompromislər tərəfdarı olduğunu ifadə edirlər. Yerevan nümayişkarənə şəkildə geri addım atır. Elə illüziya yaratmağa çalışır ki, guya Paşinyan üçün qorxunc Kosovo müqayisəsini görmədi. Paşinyan özü də susur.

Və bu dəfə İlham Əliyev danışır. Zamanı yetişib. Ermənistandan qayıdan Putinin iştirakı ilə prezident inamla bəyan edir: “Qarabağ Azərbaycandır və nida işarəsi!” Daha sonra Azərbaycan prezidenti  Rusiyanı dirçəldib dünya nəhənginə çevirən Putinin xidmətləri və şəxsi keyfiyyətləri barədə haqlı olaraq danışır. Zal İlham Əliyevin çıxışını gurultulu alqışlarla qarşılayır.

Düşünün, İlham Əliyev qrossmeystersayağı pauzası ilə diplomatik dildə Paşinyanı Kosovonun taleyi ilə hədələyən  Sergey Lavrovun sarsıdıcı reaksiyasına nail olur. Daha sonra Yerevandan qayıdan Putinin iştirakı ilə insunasiyalara və manipulyasiyalara yer qoymur: “Qarabağ-bizimdir”! Və bu amansız diplomatik savaşda Yerevan geri çəkilir və dolaşıq diplomatik leksiya ilə kifayətlənir.

İlham Əliyev Paşinyanı küncə sıxdı. Və indi o, dağılmış şahmat taxtasında xanalara çətin ki, qayıda bilsin. Ermənistan baş naziri aparıcı dünya dövləti tərəfindən danışıqlar prosesini pozmaqda günahlandırılıb. Və əgər Paşinyan bir daha özündə cəsarət tapıb Qarabağın işğalını legitimləşdirmək çağırışını təkrarlasa bu dəfə diplomatlar susacaq. Paşinyana deyəsən hələ aydın deyil ki, diplomatlar susanda nə baş verir...

Virtualaz.org

Xəbərlər