499
Dünən 13 avqust — 10:14

“Şarik” və digərlərinin bandası tutuldu

Ukraynanın hüquq mühafizə orqanları tərəfindən Odessa vilayətində, Krımda, Hersonda, Zaparojyedə çoxsaylı cinayətlər törədən cinayətkar qruplaşmanın üzvləri həbs edilib.

Bu barədə “Prestupnaya Rossiya” nəşri məlumat yayıb. Məlumata görə, bandaya bir neçə “qanuni oğru” rəhbərlik edib. İki il ərzində cinayətkar dəstə “obşak” a on milyonlarla qriven pul yığıblar.

Dəstənin  əsas lideri Ukraynanın cənubunda, Odessada yaşayan “Şarik” ləqəbli “qanuni oğru” olub. Cinayətkar birliyin Herson şəhərindəki “fəaliyyəti” isə digər liderin himayəsində olsa da həmin şəxsin adı açıqlanmır. Onun əsas vəzifəsi quldurluq, oğurluq və dələduzluq yoluyla “obşak” yığılan pullara nəzarət etməkdən ibarət olub. İki ilə ərzində “obşak” a yığılan məbləğ ümumilikdə 23 qriven təşkil edib.

 

Yığılan pullar bandanın ehtiyaclarına xərclənib. Həmçinin dəstənin həbsxanada cəza çəkən üzvlərinə siqaret, yemək və s. alınıb. Bundan başqa “sxodka” lara, vəzifəli şəxslərə rüşvətə və vəkil xidmətlərə də pul ayrılıb.

Xüsusi əməliyyat nəticəsində Herson, Odessa və Zaporojyedə 30-a yaxın əməliyyat-axtarış tədbirləri həyata keçirilib. Dörd nəfər şübhəli şəxs qismində saxlanılıb. Onlara qarşı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə ittiham irəli sürülüb.

İnarə Rafiqqızı

Virtualaz.org

 

Xəbərlər