473
Dünən 17 iyun — 10:36

Azərbaycana 175 min dollarlıq meşə materialı satan rusiyalı sahibkar dələduz çıxdı

Azərbaycana 175 min dollar məbləğində meşə materialı ixrac edən Rusiyanın "DOZ 21" MMC şirkətinin keçmiş direktoru dələduzluqda ittiham olunur.

Sahibkarın cinayət işi Krasnoyarsk vilayətinin Lesosibirski şəhər məhkəməsinə göndərilib.

Hazırda ona qarşı iri həcmdə pul vəsaitlərinin repatriasiyası üzrə öhdəliklərin icrasından yayınmaq ittihamı irəli sürülüb.

“Report”un məlumatına görə, Qərbi Sibir Nəqliyyat Prokurorluğu müəyyən edib ki, sabiq direktor Azərbaycana meşə təsərrüfatı materiallarının ixrac olunması üzrə xarici ticarət müqaviləsi imzalayıb. Lakin sahibkar sənəddə müəyyən olunmuş vaxtda rəhbəri olduğu MMC tərəfindən satılan məhsula görə əldə edilmiş 175 min dolların banka köçürülməsini təmin etməyib.

Xəbərlər