1490
Dünən 4 iyun — 10:34

İslamçı qəzetin xəbər redaktoru canlı yayımda generalları eşşəyə bənzətdi, qalmaqal qopdu

Türkiyədə islamçı “Akit” qəzetinin xəbər redaktoru Murat Alan eyni adlı televiziyanın (Akit TV) “Tərs qütblər” adlı proqramında ordunun generallarını eşşəyə bənzədib.

Virtualaz.org xəbər verir ki, Alanın bu sözləri sosial şəbəkələrdə milyonlarla adamın hiddətinə səbəb olub. Siyasətçilər və silahlı qüvvələrin komandanlığı Murat Alana qarşı kəskin bəyanatlar veriblər.

Murat Alan jurnalist Ali Tarakçı ilə polemika zamanı belə deyib: “O ipə-sapa yatmayan paqonlu generallarınızın hamısı Ərdoğanın arxasında sıra ilə düzülür. Oynaya-oynaya, eşşək kimi sıraya düzüləcəklər. Bu ölkədə demokratiya varsa onu AKP iqtidarı oturtdu”.

Məsələyə münasibət bildirən müdafiə naziri Hulusi Akar bildirib ki, ordunun generalları ilə irəli-geri danışmaq heç kimin həddi deyil. “Bunlar həddini biləcək, həddini bilməyi öyrənəcəklər. Məhkəmə önündə hesab verəcəklər”-o bildirib.

Silahlı Qüvvələrin Baş qərargahı isə yazılı bəyanatında həmin ifadələrin orduya komandanlıq edən generalları ictimayyət qarşısında aşağılamağa, gözdən salmağa yönəldiyini bildirilir.

“Ölkə içərisində və sərhədlərdən kənarda çox sayda əməlyyatların uğurla həyata keçirildiyi bir vaxtda bu cür məsuliyyətsiz və təhqiramiz ifadələr bütün ordu mənsubları kimi millətimizin və əhvalına, motivasiyasına mənfi təsir göstərməsi qaçılmazdır.  Türk ordusunun şərəfli generallarına qarşı bu hədsiz, yaraşmayan və qanun sərhədlərini aşan açıqlamayı bütün hüquqi yollardan istifadə haqqı qalmaqla şiddətlə qınayırıq”-bəyanatda deyilir.

Virtualaz.org

Xəbərlər