1221
Dünən 7 may — 20:15

Əsgər Heydər Əliyev Prezident Heydər Əliyevin məzarını ziyarət etdi

Mayın 7-də Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) şəxsi heyəti Fəxri xiyabana gələrək ulu öndər Heydər Əliyevin xatirəsini yad edib.

Virtualaz.org DTX-nin saytına istinadən bildirir ki, Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi general-polkovnik Mədət Quliyev, Xidmətin əməkdaşları, DTX-nin N saylı hərbi hissəsinin zabit və əsgərləri Ulu Öndərin məzarı önünə əklil qoyublar, əziz xatirəsinə ehtiramlarını bildiriblər.

Görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın da xatirəsi yad olunub.

Mərhum Prezidentin məzarını ziyarət edən əsgərlər arasında Prezident İlham Əliyevin oğlu, əsgər Heydər Əliyev də olub.

Xəbərlər