659
Dünən 5 fevral — 12:42

Pensiyaçı qadın bomba almaq üçün bankdan kredit istədi

Moskvada yaşayan 66 yaşlı pensiyaçı qadın “Sberbank”ın filialına müraciət edərək, bomba almaq üçün 250 min rubl (təxminən 6 min manat) nağd kredit istəyib.

Virtualaz.org “Mash” telegram-kanalına istinadən xəbər verir ki, Yevgeniya Vilenovnanın kreditə bomba almaqda məqsədi Moskvanın mərkəzində partlayış törətmək olub.

Kredit ərizəsində qadın aşkar şəkildə yazıb: “iki kiloqram trotil almaq üçün”. Bunu görən bank işçisi müvafiq orqanlara zəng edib.

Lakin ən maraqlısı odur ki. ərizədə göstərilən ünvana gəlmiş polis əməkdaşları orada belə adam tapmayıblar. Qonşular bildirib ki, Yevgeniya Vilenovna 1 ildir ki, bu ünvanda yaşamır.

Xəbərlər