1017
Dünən 3 fevral — 21:00

Kraliça Britaniya paytaxtından təxliyə edilə bilər

Britaniyalı məmurlar kral ailəsinin təhlükəsiz yerə təxliyəsi ilə bağlı Soyuq Müharibə dönəmində mövcud olmuş fövqəladə planı yenidən gündəmə gətiriblər. Çünki Londonda qiyam və qarşıdurma ehtimalı getdikcə güclənir. Əgər Britaniya ilə Avropa Birliyi arasında “Brexit”lə bağlı gərginlik yaşansa, paytaxt Londonda sakitlik pozula bilər. Britaniya qəzetlərinin bir çoxu bazar günü bu kimi məlumatlar yayıb.

“The Mail on Sunday” yazır ki, kral ailəsini, Kraliça II Elizabet daxil olmaqla, Londondan uzaqda olan təhlükəsiz yerə köçürmək planı hökumətin diqqət mərkəzindədir. Martın 29-dan Britaniya ilə Avropa Birliyi arasında ” Brexit” razılaşmasının ağrısız başa çatması üçün hökumət parlamentin dəstəyini almağa çalışır. Eyni zamanda, hökumət və biznes dairələri “Brexit”lə əlaqəli ortaya çıxa biləcək gərginliklərdən dolyaı yarana biləcək itkilərı minimuma endirmək üçün bəri başdan hazırlıqlara başlayıb.

İşgüzar qruplar geniş yayıla biləcək dağıntılar barədə xəbərdar edilib. Əgər Avropa Birliyi ilə gömrük anlaşmasının tənzimlənməsinə uzun vaxt gərəkərsə, Britaniyanın ərzaq və tibbi təchizatında boşluqlar yarana bilər. Çünki Britaniya bir çox şeyi məhz Avropa Birliyindən idxal edir.

92 yaşlı kraliça kəçən ay illik hesabat xarakterli çıxışı zamanı siyasətçiləri “Brexit”lə bağlı ortaq məxrəcə gəlməyə çağırmışdı.

Mühafizəkar deputat Cekob Rees Mogg isə sözügedən qəzetə bildirib ki, istənilən halda kral ailəsi Londonda qalmalıdır. II Dünya Müharibəsi zamanı ağır bombardımana baxmayaraq, kral ailəsi Londondan çıxarılmamışdı.

“The Sunday Times”a açıqlama verən kral ailəsinin təhlükəsizliyinə cavabdeh olan Dai Deyvis deyib ki, əgər Londonda gərginlik yaşansa, Kraliça Elizabetin paytaxtan təxliyə olunacağı gözlənilir: “Londonda problemlər yaşanacaqsa, şübhəsiz ki, kral ailəsini təhlükədən uzaqlaşdırarmaq lazım gələcək”.(müsavat.com)

Xəbərlər