1210
Dünən 30 noyabr — 13:15

Gürcüstan prezidenti Saakaşviliyə vətəndaşlığın qaytarılması barədə

Gürcüstanın yeni seçilmiş prezidenti Salome Zurabişvili BBC-nin Rusiya bürosuna müsahibəsində Mixail Saakaşvilinin vətəndaşlığı məsələsinə münasibət bildirib.

Virtualaz.org mənbəyə istinadən xəbər verir ki, eks-prezidentə vətəndaşlığın verilməsi ilə əlaqədar suala Zurabişvili belə cavab verib: “Tərəddüd edirəm, çünki onun barəsində cinayət işi başlanıb”.

Zurabişvilinin sözlərinə görə, Saakaşvilinin vətəndaşlığı məsələsində ədalət məhkəməsi ön plana çıxır.

“Onun dünənki - polisi və ordunu konkret tərəfi tutmağa səsləyən bəyanatı problemlidir. O, ölkə ilə əlaqəsini itirib. ”Bu gün o, ölkədə vəziyyəti qarışdırmağa səsləyən əcnəbidir. Bu ölkəyə sabitliyin pozulması lazım deyil. Seçicilər Gürcüstanda sabitliyə və Avropa ilə birgə gələcəyə səs verdilər. Məhz buna görə mən hazırda burdayam”, - Gürcüstanın yeni prezidenti bildirib.

Xəbərlər