1125
Dünən 4 oktyabr — 19:42

Deputat Zahid Oruc: “Heydər Əliyev Birinci Respublika mükafatı ilə təltif edilsin!”

Zahid Oruc, Milli Məclisin deputatı

 

Əlamətdar tarix – Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) 100 illiyi ilə əlaqədar Azərbaycan prezidenti 2018-ci ili AXC ili elan edib.

Dövlət başçısının məqsədi ondan ibarət idi ki, azırbaycanlıların indiki nəslinə və gələcək nəsillərə AXC qurucularının böyük rolunun əhəmiyyəti, Şərqdə ilk demokratik respublikanın mövcudluğunun Azərbaycanın müstəqil dövlət kimi təşəkkül tapmasında rolu çatdırılsın.

Azərbaycan xalqı üçün tarixi yubiley ölkəmizdə və xaricdə Şərqdə ilk demokratik respublikaya həsr edilmiş təntənəli tədbirlər, xatirə medalının təsisi, elmi konfranslar, sırgilər, musiqi premyeraları ilə qeyd edildi.

Sayəsində xalqımızın hələ bir əsr öncə müstəqillik qazandığı AXC-nin siyasi və mənəvi irsi doğrudan da qiymətsizdir. Prezidentin elan etdiyi Respublika İlində xatirə təıdbirləri millətin yüksək mənıviyyatının və vətənpərvərliyinin daha bir sübutu oldu.

Bununla birlikdə, Birinci respublikanın Azərbaycan dövlətçiliyinin təşəkkülündə xidmətləri böyükdür. Məhz o vaxt daxili və xarici işlər milli orqanlarının, nazirliklərin və idarələrin, prokurorluğun, kəşfiyyatın və əks-kəşfiyyatın, başqa sözlə, sözün əslində indiki dövlət-hökumət strukturlarının əsasları qoyulmuşdu.

Lakin tarix göstərdi ki, müstəqilliyi yalnız qazanmaq deyil, müdafiə etmək və qoruyub saxlamaq da lazımdır. Xalqımız üçün tarixi nümunə 1993-cü ildə Ümummilli lider Heydər Əliyev tərəfindən Üçüncü Azərbaycan Respublikasının xilası üçün sərf edilmiş titanik qüvvədir. Yalnız onun müdrikliyi, siyasi uzaqgörənliyi, sarsılmaz iradəsi, misilsiz dövlət xadimi təcrübəsi milli nailiyyətləri qoruyub saxlamağa, ölkənin suverenliyini əldə etməyə, yeni dövlət quruculuğuna başlamağa kömək etdi. Məhz Heydər Əliyevin sayəsində biz hazırda şanlı çoxəsrlik tariximizi, milli ideallarımızı, sülhsevər yaradıcı məqsədlərimizi təqdim edə bilirik.

Heydər Əliyev ölkə və onun xalqının məsuliyyətini öz üzərinə götürdü və nəhəng səylər nəticəsində Azırbaycanın suverenliyini müdafiə etdi. Bu baş verməsəydi, müstəqillik azərbaycanlıların arzularında yalnız parlaq ideal olaraq qalacaqdı, indiki şanlı tarixi – AXC-nin 100 illiyini isə onun qurucuları və SSRİ dağıandan sonra Azərbaycan dövlətçiliyinin dirçəlməsində iştirakı olanlar kimi sürgündə və mühacirətdə, ən dəhşətlisi isə hissələrə bölünmüş və digər dövlətlərə birləşdirilmiş ölkədə qeyd etməli olacaqdıq.

Məhz buna görə Heydər Əliyev nəinki dahi dövlət və siyasi xadimdir, həm də böyük dirçəliş simvoludur, müstəqilliyin və dövlətin gücünün, millətin birliyinin simvoludur.

Azərbaycanın dövlət müstəqilliyinin 100 illiyi şərəfinə yubiley medalının təsis edilməsi Azərbaycan xalqının şanlı keçmişini hazırkı dövrün yaradıcı əməyi və torpaqları uğrunda mübarizəni birləşdirməyə imkan yaradır. Bu şərəfli dövlət mükafatı milli və tarixi ənənələri, nəsillərin ardıcıllığını, Azərbaycan xalqının azadlıq və müstəqillik idealını reallığa çevirmiş şəxsiyyətlərin mərdliyi və müdrikliyi qarşısında baş əyməsini simvollaşdırır.

Şübhə yoxdur ki, bu mükafatla ilk olaraq Azərbaycan demokratlarının nailiyyətlərini qoruyub saxlamış və artırmış, bütün həyatını Vətəninə və xalqına xidmətə həsr etmiş insan kimi Azərbaycan xalqının Ümummilli lideri Heydər Əlirza oğlu Əliyev təltif edilməlidir.

Xəbərlər