660
Kapital 29 aprel — 18:24

Azərbaycana idxal həcmi 490 milyon dollar azalıb

"Ötən illə müqayisədə bu ilin ilk 4 ayında Azərbaycana idxalın həcmi 490 mln. ABŞ dolları həcmində azalıb".

Bunu Dövlət Gömrük Komitəsi (DGK) Maliyyə, tarif və valyuta nəzarəti Baş İdarəsinin rəisi Mirqasım Vahabov deyib.

M.Vahabovun sözlərinə görə, xarici ticarət fəaliyyəti iştirakçılarının sayı artıb: "Əgər 4 ay əvvəl xarici ticarət fəaliyyəti ilə məşğul olanların sayı 6 min idisə, bu gün həmin rəqəm 14 mindən çoxdur".

DGK rəsmisi deyib ki, ötən 3 ay ərzində Azərbaycana 554 min turist gəlib. (“Report”)

Xəbərlər