283
Kapital 14 Yanvar 2022, 23:49

Neft bahalaşır

"Brent" markalı neft 1,87 faiz bahalaşaraq bir barelə görə 86,05 dollar təşkil edib. Bu barədə xarici KİV-lər yazır.

Qeyd olunur ki, "Brent" 2021-ci ilin 25 oktyabrından bəri ilk dəfə 86 dollardan baha olub.

WTI markalı neft isə 2,25 faiz bahalaşaraq bir bareli 83,96 dollardan satılır.

Xəbərlər