119
Kapital 14 Yanvar 2022, 19:39

"Azərbaycan və Ukrayna arasında ticarət dövriyyəsi yaxın gələcəkdə 1 milyard dollara çatacaq"

Azərbaycan və Ukrayna arasında ticarət dövriyyəsi yaxın gələcəkdə 1 milyard dollara çatacaq.

Bu barədə Azərbaycan prezidenti İlham Əliyev yanvarın 14-də Kiyevdə Ukrayna prezidenti Volodimir Zelenski ilə mətbuata birgə bəyanatlarla çıxış edərkən məlumat verib.

“Şadam ki, ticarət dövriyyəmiz pandemiyaya baxmayaraq, keçən il 20 faizdən çox artıb və mən ümid edirəm ki, yaxın gələcəkdə 1 milyard dollar səviyyəsinə çatacaq, bəlkə də ondan çox. Çünki bizim bu gün imzaladığımız sənədlərin və müzakirə olunan digər məsələlərin həyatda öz əksini tapması, əlbəttə ki, iki ölkə arasındakı ticarət dövriyyəsinin artırılmasına da mütləq xidmət edəcəkdir” - dövlət başçısı vurğulayıb.

Xəbərlər