581
Kapital 24 Noyabr 2021, 21:05

Birləşmiş Ərəb Əmirlikləri Türkiyəyə on milyard dollar verdi

Birləşmiş Ərəb Əmirlikləri Dövlət İnvestisiya Fondunun idarə heyətinin rəhbəri Mohammed Hassan Al Suvaydi Türkiyəyə 10 milyard dollar sərmayə ayrıldığını açıqlayıb.

“Biz Türkiyəyə sərmayə qoymaq üçün 10 milyard dollarlıq fond ayırdıq”, - Mohammed Hassan Al Suvaydinin sözlərini “Anadolu” agentliyi sitat gətirir.

Qeyd edək ki, Birləşmiş Ərəb Əmirliklərinin Dövlət İnvestisiya Fondu (Abu Dhabi Developmental Holding - ADQ), Türkiyə Rifah Fondu və Türkiyə Prezident Administrasiyası yanında İnvestisiya İdarəsi arasında investisiya əməkdaşlığına dair sənədlər imzalanıb. Sənədlər BƏƏ-nin paytaxtı Əbu-Dabinin vəliəhd şahzadəsi və ölkənin faktiki lideri Məhəmməd bin Zeid Əl Nəhyanın Ankaraya səfəri zamanı çərçivəsində imzalanıb.

virtualaz.org

Xəbərlər