308
Kapital 24 Noyabr 2021, 16:09

SOCAR Pakistana 1 milyard dollar sərmayə yatıracaq

SOCAR Pakistanın enerji sektoruna 1 milyard dollar sərmayə qoymağı planlaşdırır. “Turan” agentliyi Pakistanın “Pakistan Observer” nəşrinə istinadən xəbər verir ki, bu barədə Azərbaycanın İslamabaddakı səfiri Xəzər Fərhadov bildirib.

“SOCAR Pakistanın enerji sektoruna 1 milyard dollar sərmayə qoymağı planlaşdırır. Ümumiyyətlə, digər Azərbaycan şirkətləri də Pakistanlı tərəfdaşlarla birgə müəssisələr yaratmaqda və Pakistana sərmayə qoymaqda maraqlıdırlar, çünki onlar bu ölkəni biznes və investisiya fəaliyyəti üçün potensial bazar hesab edirlər”, - Fərhadov İslamabad Ticarət və Sənaye Palatasında olarkən bildirib.

Fərhadov qeyd edib ki, Azərbaycan və Pakistan rəhbərliyi iqtisadi əməkdaşlığı genişləndirmək arzusundadır və hər iki ölkə ikitərəfli ticarət əlaqələrinin yaxşılaşdırılması üçün özəl sektorlar arasında birbaşa əlaqələrin təşviqinə diqqət yetirməlidir.

virtualaz.org

Xəbərlər