296
Kapital 24 Noyabr 2021, 12:33

"Azərbaycan Dəmir Yolları"nın maliyyə hesabatı açıqlanıb

“Azərbaycan Dəmir Yolları” QSC 2020-ci ili 516 milyon 187 min manat xalis zərərlə başa vurub. virtualaz.org qurumun maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2019-cu ilə nisbətən 2,3 dəfə çoxdur.

Son nəticədə səhmdar cəmiyyətinin yığılmış zərəri 30,4 faiz artaraq 2 milyard 212 milyon 434 min manat olub.

Ötən il ADY-nin əməliyyat gəlirləri 422 milyon 299 min manat (illik müqayisədə 4 faiz çox), əməliyyat xərcləri 514 milyon 323 min manat (11,9 faiz çox), digər xərcləri 423 milyon 133 min manat (2,5 dəfə çox), mənfəət vergisi ödəmələri isə 1,03 milyon manat (3,7 dəfə az) təşkil edib.

Bu il yanvarın 1-nə ADY-nin aktivləri 5 milyard 145 milyon 529 min manat olub ki, bu da 1 il əvvələ nisbətən 5,95 faiz çoxdur. Bunun 4 milyard 503 milyon 787 min manatı qurumun əmlak, tikili və avadanlıqlarının dəyəridir. 2020-ci ildə bu rəqəm 9,1 faiz artıb.

Hesabat dövründə səhmdar cəmiyyətinin öhdəlikləri 0,6 faiz artaraq 2 milyard 995 milyon 632 min manata, balans kapitalı isə 14,5 faiz artaraq 2 milyard 149 milyon 897 min manata, o cümlədən nizamnamə kapitalı 12,4 faiz artaraq 906 milyon 62 min manata çatıb.

Xatırladaq ki, ADY 100 % dövlətə məxsusdur.

Xəbərlər