206
Kapital 24 Noyabr 2021, 10:11

Türkiyə lirəsi ucuzlaşmaqda davam edir

Türkiyə lirəsinin Azərbaycan manatına qarşı rəsmi məzənnəsi daha 10,4 faiz azalaraq 0,1334 manata enib ki, bu da yeni tarixi minimum sayılır.

Azərbaycan Mərkəzi Bankının təqdim etdiyi məlumata əsasən, lirənin manata qarşı məzənnəsi son bir ayda 24,7 faiz, ilin əvvəlindən isə 41,8 faiz azalıb. Hazırda 1 manat 7,496 lirəyə bərabərdir.

Ötən gün lirənin ABŞ dollarına qarşı məzənnəsi rekord səviyyədə azalıb - 15 faiz. Geniş tənqidlərə, monetar siyasətin istiqamətinin dəyişilməsi və uçot dərəcəsənin yüksəkdilməsi istəklərinə baxmayaraq, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan faiz azalmalarını müdafiə edib və "iqtisadi müstəqillik müharibəsində" qalib gələcəyinə söz verib.

Ötən gün birjada lirə ardıcıl 11 sessiya rekord minumumları yenilədikdən sonra cüzi möhkəmlənib və sonuncu sessiyanı 1 dollar/12,7015 lirə səviyyəsində başa vurub.

Xəbərlər